“Qərbi Azərbaycan İcması” Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) əvvəlki binasına köçürülüb.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, təşkilat bundan sonra Bakı şəhəri, N. Nərimanov rayonu, G. Qədirbəyova küçəsi 9 ünvanında yerləşəcək.
Bundan başqa, “Qarabağa dönüş” İctimai Birliyi də yuxarıda qeyd olunan binadan çıxarılıb.
Xatırladaq ki, Şuşa Rayon İcra Hakimiyyəti isə əvvəllər Koroğlu Rəhimov küçəsində yerləşdiyi binaya qaytarılıb.
Bizim.Media