Hərbi Dəniz Qüvvələrinin komandanı yeri nə vaxtadək boş qalacaq?

Dünən mətbuatda Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz və mən deyərdim ən əsas zərbə güclərindən biri olan Hərbi Dəniz Qüvvələrimiz (HDQ) ilə bağlı bir yazı dərc olunmuşdu. (//az.apa.az/news/392987) 

Daha doğrusu, Beynəlxalq Hərbi Oyunlar çərçivəsində “Xəzər kuboku-2015”x9d müsabiqəsində 3 ölkənin iştirak etdiyi yarışmada bizimkilərin sonuncu yeri tutması faktı bizim mətbuat tətəfindən 3-cü yeri tutduq kimi göstərilmişdi. Nə deyirəm, olsun. Mən fərd olaraq etiraz etmirəm. Amma, mənim qürüruma və zabit kimi şərəfimə toxunan bir sıra məqamlar olduğuna görə, bu hadisənin üzərindən sükutla keçmək mümkün olmadı.Nədən uzun illər Hərbi Dənizçilik ənənələri olan Azərbaycan HDQ yalnız bu yaxınlarda öz Hərbi Dəniz Donanmasını formalaşdıran Qazaxstandan zəif nəticə göstərsin? Rusiya Hərbi Dəniz Donanmasını hardasa başa düşmək olar. Bunlar illərlə, əsrlərlə bu sahəni inkişaf etdirir, ona diqqət ayırırlar. Çünki, başqa yolları da zatən yoxdur. Onlar dörd bir tərəfdən dəniz təhlükəsi ilə üz-üzədirlər. Amma, bizimkilərin belə sönük və gözlənilməz nəticə göstərməsi, şəxsən məni çox üzgün etdi. Nədən belə bir mötəbər dəniz təlimləri zamanı bizim ölkənin adı o qədər də yaxşı olmayan bir formada hallandırılsın? Ola bilsin ki, kimlərsə bu faktın üzərindən sükutla ona görə keçirlər ki, məsələnin incəliklərini, ya da məğzini bilmirlər.

Xəzər Dənizinə və ya orada olan iqtisadi-siyasi vəziyyətə nədənsə bu sahəyə birbaşa cavabdehlik daşıyan Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin münasibəti məni çox narahat edir.Biz ölkəmizə qurudan təhlükələrdən, təhdidlərdən daha çox danışırıq, nəinki Xəzərdən yaşana biləcək ciddi problemlərdən. Baxmayaraq ki, hər şeyi incəliklərinə qədər açıq yazmaq mümkün deyil, mən bu haqda bir neçə dəfə həyacan dolu fikirlərimi həm rəsmi şəxslərə, həm də mətbuat vasitəsiylə ictimaiyyətə çatdırmağa çalışmışam. Amma, görünən odur ki, bizim bəzi cavabdeh məsul şəxslər ya bilərəkdən bu son dərəcə vacib dövləti məsələyə diqqət ayırmirlar, ya da bilməyərəkdən belə həssas sahəyə nəzər-diqqətlərini zəiflədiblər. Bu isə çox təhlükəli və yolverilməzdir. Nəyini və niyəsini isə bəzi bəlli səbəblərdən açıq mətbuatda yazmağa lüzum görmürəm. Çünki bu ölkəmizin müdafiəsi və təhlükəsizliyi ilə bağlı çox mühüm məqamlardır.

Kimsə bu xırda bir xəbərə adi xəbər kimi yanaşa bilər. Mən isə, belə düşünürəm ki, bu bapbalaca xəbərdə bizim üçün ciddi nəticə çıxarılmalı və düşünüləsi çox işlər var. Xəzər Dənizi ilə bağlı bizim HDQ-miz, bütün gəmi və avadanlıqlarımız ən yüksək səviyyədə hazır vəziyyətdə olmaqla yanaşı, bütün şəxsi heyət çox ayıq-sayıq olmalıdırlar.

Yuxarıda qeyd etdiklərimə ola bilsin ki dostlardan, kimlərinsə iradı və ya əks arqument kimi fikirləri olsun ki, bizim Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi Xəzər Dənizində mütəmadi olaraq təlimlər keçirir, döyüş hazırlıqlarını artırırlar. Razıyam. Amma, unutmayaq ki, adlarını çəkdiyim qurumların funksiya və vəzifələri tamam başqadır və Allah göstərməmiş, sabah Xəzər Dənizində baş verə biləcək hər hansı bir real təhlükəni onlar deyil, bu işə birbaşa cavabdehlik daşıyan HDQ-miz dəf etməlidirlər.

Sonda bütün yazdıqlarımla yanaşı bir mühüm məqamı da vurğulamaq istəyirəm ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi - həm müdafiə naziri general-polkovnik Zakir Həsənov, həm də Silahlı Qüvvələrin döyüş hazırlığına ən məsuliyyətli şəxs kimi Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov nəhayət ki, Hərbi Dəniz Qüvvələrinin komandanı kimi görmək istədikləri namizədi Ali Baş Komandan cənab İlham Əliyevə təqdim etməyə TƏLƏSMƏLİDİRLƏR. Artıq 2 ilə yaxın müddətdir ki, bu strateji mühüm vəzifəyə hələ də təyinat həyata keçirilməyib. Bu isə heç də xoşagələn mənzərə deyil. Biz unutmamalıyıq ki, ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı ən xırda detal belə gözdən qaçmamalıdır.

Azərbaycan Silahlı Qüvvələrinə və onun ən mühüm tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələrimizə bütün işlərində uğur və müvəffəqiyyətlər arzulayıram. Tanrı Azərbaycanımızı və onun əmin-amanlığı təmin edən ordumuzu qorusun!!


Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Maştağada obyekt yandı - VİDEO

Maştağada obyekt yandı - VİDEO

Günay Arazova: "Mənimlə tanış olmaq istəyən kişilər..." - VİDEO

Günay Arazova: "Mənimlə tanış olmaq istəyən kişilər..." - VİDEO

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

Məşhurların məmur ÖVLADLARI – ARAŞDIRMA

Məşhurların məmur ÖVLADLARI – ARAŞDIRMA

Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbə endirdi - VİDEO

Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbə endirdi - VİDEO

"Qəbələ" bu gün "Qarabağ"ı sınağa çəkəcək

"Qəbələ" bu gün "Qarabağ"ı sınağa çəkəcək

Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində

Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində

Putinin xüsusi nümayəndəsindən Mayamidəki danışıqlarla bağlı AÇIQLAMA - VİDEO

Putinin xüsusi nümayəndəsindən Mayamidəki danışıqlarla bağlı AÇIQLAMA - VİDEO

Türkiyədə ağır qəza: 5 ölü, 1 yaralı var - FOTO/VİDEO

Türkiyədə ağır qəza: 5 ölü, 1 yaralı var - FOTO/VİDEO

"Mançester Siti" liderliyə YÜKSƏLDİ

"Mançester Siti" liderliyə YÜKSƏLDİ

End of content

No more pages to load

RADİO