Vətəndaşlarımız Qarabağdakı “Qisas” əməliyyatını necə qiymətləndirir?

Sosial Tədqiqatlar Mərkəzi (STM) Nizamnamə ilə müəyyən edilmiş fəaliyyətindən irəli gələrək, ölkədə ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə baş verən prosesləri, tendensiyaları öyrənməyə davam edir, mühüm sahələrdə yaşanan yeni dəyişmələr haqqında sorğular keçirir, ictimai rəyi ölçür və ictimaiyyətə, müvafiq dövlət orqanlarına təhlil sənədləri təqdim edir.

Bizim.Media xəbər verir ki, STM növbəti dəfə Azərbaycanın 2022-ci ilin avqust ayında öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar, onun hərbi-siyasi mahiyyəti və bu barədə məlumatlılıq səviyyəsinə dair ictimai rəy sorğusu keçirib. 
 

MÖVZU İLƏ BAĞLI:

MÜDAFİƏ NAZİRLİYİ: Ordumuz “Qisas” əməliyyatı keçirdi - VİDEO


Sorğu çərçivəsində Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilməklə 384 respondentin rəyi öyrənilib. 

Sorğunun aparılmasında telefonla müsahibə üsulundan istifadə olunub. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edib. 

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar barədə məlumatlıdır.

Respondentlərin əsas hissəsi, yəni 64,6%-i bu barədə məlumatı televiziyadan əldə etdiyini bildirib.

Müvafiq istiqamətdə məlumat mənbələri sırasında 43,5% göstərici ilə sosial şəbəkələr ikinci pillədə yer alıb. Təqribən hər dörd respondentdən biri (27,9%) bu barədə məlumatı internet saytlarından əldə etdiyini bildirib.
Respondentlərin 9,9%-i hərbi əməliyyatlar barədə məlumatı ətrafdakı insanlardan alıb. Radiodan məlumat əldə edənlərin göstəricisi isə 7,0% təşkil edib. Bu barədə məlumat əldə etmədiyini bildirənlər cəmi 2,1% təşkil edib.

Azərbaycanın Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatların hərbi-siyasi mahiyyətinin qiymətləndirilməsi çərçivəsində respondentlərin mövqeyi öyrənilib. Bu istiqamətdə sorğu nəticələrinin deskriptiv təhlilinə əsasən, respondentlərin təqribən yarısı (49,2%) hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatıdır.

Respondentlərin 17,2%-i hərbi əməliyyatları Azərbaycan ərazisində yalnız bir milli ordunun varlığının göstəricisi kimi xarakterizə edib. Azərbaycanın hərbi əməliyyatlarla Ermənistanı sülhə məcbur etdiyini düşünənlərin göstəricisi 13,3% təşkil edib. 

Təxminən eyni sayda respondentin mövqeyində hərbi əməliyyatlar Qarabağda ermənilərin yeni təmas xətti çəkmək cəhdlərinə qarşı (9,1%) və yeni müharibə ehtimalı (9,6%) olaraq dəyərləndirilib. 

Təxminən hər beş respondentdən biri (22,4%) Qarabağda aparılan hərbi əməliyyatların hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib.

Respondentlərin 15,9%-i isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.

Keçirilən rəy sorğusunun nəticələrinə əsasən, respondentlər Ermənistanın 10 noyabr tarixli birgə bəyanatın şərtlərinə əməl etməməsi halında, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməsini dəstəklədiklərini ifadə ediblər.

Belə ki, rəyi öyrənilənlərin mütləq əksəriyyəti - 80,5%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Hərbi əməliyyatları erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatı olaraq görən respondentlərin 84,1%-i bu əməliyyatların davam etdirilməsini dəstəkləyib.

Nəticələrin gender aspektindən statistik təhlili bizə onu deməyə əsas verir ki, kişilər qadınlarla müqayisədə Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatları davam etdirməsini daha çox istəyirlər.
Əks mövqedə qərarlaşan (6,8%), eləcə də bu suala cavab verməkdə çətinlik çəkən (12,8%) respondentlər mövqeyini əsasən itkilərin olmasını istəmədikləri ilə əlaqələndiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Yeni tədris ili: Dəyişikliklər nələrdir?

Yeni tədris ili: Dəyişikliklər nələrdir?

Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

Şuşada birgə sənəd imzalandı - FOTO

Şuşada birgə sənəd imzalandı - FOTO

FAKTİKİ HAVA: Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb

FAKTİKİ HAVA: Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb

Qubada 16 yaşlı qızın nənəsindən erkən nikah qalmaqalına CAVAB - VİDEO

Qubada 16 yaşlı qızın nənəsindən erkən nikah qalmaqalına CAVAB - VİDEO

Türk Dünyasının sığortaçıları Şuşada bir araya gəldi - FOTO

Türk Dünyasının sığortaçıları Şuşada bir araya gəldi - FOTO

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Atası buna görə toyuna gələ bilməyək - FOTO

Atası buna görə toyuna gələ bilməyək - FOTO

Məşhur basketbolçu Mariya Şarapovanın evini aldı

Məşhur basketbolçu Mariya Şarapovanın evini aldı

Rasim Məmmədov azadlığa çıxdı

Rasim Məmmədov azadlığa çıxdı

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Xınalığa qar yağır

Xınalığa qar yağır

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

İranda yenidən zəlzələ oldu

İranda yenidən zəlzələ oldu

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

End of content

No more pages to load

RADİO