Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yanğınla bağlı keçirdiyi müşavirədən sonra Qubanın icra başçısı Ziyəddin Əliyev jurnalistlərə müsahibə verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, yanğınların lokallaşdırıldığını və hazırda 4 rayon üzrə yanan ərazilərdə soyutma işlərinin aparıldığını qeyd edib.
İcra başçısı Qubanın Vəlvələ və Qasınmqışlaq kəndi ərazilərində 2 min hektar meşə sahəsinin yandığı barədə məlumat verib. Bildirib ki, yanğınların yenidən başlamaması üçün bütün zəruri tədbirlər görülür.
Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu