“Hamı gözünü Şahbaz Xuduoğluna dikib”x9d

2008-ci ildə Davosda keçirilən sammitdə “insanların həyatını yaxın 15 ildə nə dəyişəcək”x9d sualına cavab axtarılıb. Həmin forumda 4 mühüm hadisənin baş verəcəyi barədə xəbərdarlıq edilib:

neftin bir barelinin qiyməti 500 dollara çata bilər;
su ticarət mübadiləsinə çevrilə bilər;
Afrika gözlənilmədən iqtisadi gücə malik ola bilər;
kitab yoxa çıxa bilər...

Həmin sammitdən 7 il ötməsinə baxmayaraq irəli sürülən proqnozların üçünün işartısı hələlik görsənmir. Biz iqtisadi proqnozların verilməsinin nə qədər çətin olmasını manatın devalvasiyasında gördük. Bizim görkəmli iqtisadçılarımız manatı proqnozlaşdıra bilmədilər. Onların indi söylədikləri isə əhalini çaşdırmaqdan başqa bir şey deyil. Bizim iqtisadçıların manat haqqında söylədikləri Davos sammitində irəli sürülən üçüncü hadisəyə bənzəyir. Bütün bunlar bir yana, ancaq kitab yavaş-yavaş yoxa çıxır. Bu prosesin internetin meydana gəlməsi ilə başlandığını deyənlər daha çoxdur. Bizdən başqa dünyanın hər yerində bu istiqamətdə çox ciddi diskussiyalar aparılır. Müasir dövrün nəhəng mütəfəkkirlərindən biri sayılan Umberto Eko yazır: 

“Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edib bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”x9d.

Ekonun dediklərində həqiqət var: məsələn, Tolstoyun “Hərb və sülh”x9d romanını, yaxud Hüseyn Cavidin əsərlərini internet vasitəsilə oxumaq mümkündürmü? Məncə, bu, çox çətindir. Həqiqətən də internet kitab oxumayanlar üçün əsl alibiyə çevrilib.
Xalqların kitaba münasibətində fərqliliklər həmişə olub. Sovetlər vaxtı təkcə Bakıda demək olar ki, hər tində kitab mağazası var idi. Tələbəlik dövründə mən kitab növbələrinə rast gəlmişəm. Sovetlərin süqutundan sonra kitab mağazalarının yerləri satılmağa başladı. Nəşriyyatlar, mətbəələr, kitabxanalar bağlandı. Bu proses bizdə hələ internet meydana gəlməmişdən geniş vüsət almışdı. İndi kitab mağazalarının demək olar ki, hamısı icarədədir.
Ölkədə uşaq ədəbiyyatından tutmuş, bədii ədəbiyyat da daxil olmaqla bütün elm sahələrində kitab qıtlığı var. Hamı gözünü “Qanun”x9d nəşriyyatının direktoru Şahbaz Xuduoğluna dikib. Dostumuz Şahbaz bəyi mən XXI əsrin maarifçisi adlandırardım. Onu isə Vergilər Nazirliyi işləməyə qoymur. Dövlət Şahbaz bəy kimi şəxslərə kitab çapını daha da genişləndirmək üçün maddi və mənəvi dəstək verməlidir. Onun bu sahədə gördüyü işləri kitab mağazalarında monitorinq aparmaqla qiymətləndirmək olar.
Kitaba münasibət şəxsi kitabxanası olan insanların sayı ilə də ölçülür. İndi Azərbaycanda normal şəxsi kitabxanası olan az adama rast gəlmək olar. Bu yaxınlarda hansısa jurnaldan oxudum: məşhur rus kino aktyoru Georgi Vitsinin kitabxanasında 16 min kitab olub. Bir aktyorun evindən çıxan kitab görəsən, bizim neçə akademikin kitabxanasına bərabərdir?
Bukinist kitab dükanlarına daxil olanlar maraqlı mənzərənin şahidi olur.20-30 il öncə tapılmayan bütün kitablara rast gəlmək mümkündür. Görünür, vaxtilə kitaba həvəs göstərən insanların övladları oxumur. Bu səbəbdən kitabları satışa verirlər. Azərbaycanda “Bukinist”x9d kitab mağazası ənənəsini Elson və Vidadi adlı iki dəyanətli şəxs qoruyub, saxlaya bilib.  Onlar çox ağır şəraitdə fəaliyyət göstərsələr də hər halda Bakı şəhərində yeganə “Bukinist”x9d ”“i qoruyurlar (Sabir bağı ilə üzbəüz zirzəmidə yerləşən “Bukinisti”x9d nəzərdə tuturam).
Bizim əksər alimlərin yazdığı kitablara diqqət etdikdə dərhal onların şəxsi kitabxanasının olmaması, öz sahələri üzrə kitabı yaxşı bilməməsi qənaətinə gəlirsən. Təsəvvür edin, bir kitab dükanında tarixin yaradıcıları sayılan Fukidid, Mommzen, Droyzenin kitablarının üstünü toz basmış şəkildə gördüm. Eyni ilə təbiət elmləri sahəsində böyük alimlərin Eynşteynin, Feynmanın, Hokinqin, Dokkinzin və başqalarının kitablarını alan yoxdur. Vaxt vardı ki, bu dahilərin yalnız adını eşitmişdik. Bəlkə bu kitablar da internetdən oxunulur? İnandırıcı görünmür.
Kitab haqda çox danışmaq və yazmaq olar. Amma kitabxanamın lap birinci cərgəsində özünə yer tutan XX əsrin böyük yazıçılarından biri Xorxe Lyuis Borxesin kitabından bir misal gətirmək istəyirəm: “Gözlərim tam tutulsa belə mən yenə də kitab alıram. Mən evimi kitabla doldururam. Axırıncı dəfə mənə 20 cildlik “Brokqauz ensiklopediya”x9dsını bağışladılar. Evimdə bu kitabın olduğunu hiss etdim və özümü xoşbəxt sandım. Gözlərim tam tutulduğundan mən heç nə oxuya bilmirəm. Ancaq ensiklopediya mənim yanımdadır. Mən onun gərginliyini hiss edirəm. Kitab ”“ xoşbəxtlik əldə etməyə bəslənən ümiddir”x9d.
Böyük yazıçının bu fikirləri gözləri işıqlı dünyanı görüb kitab oxumayanlara gözəl örnəkdir.
Məncə, kitab adı çəkiləndə onu bir dəqiqəlik sükutla yad etməyə çox vaxt qalmayıb. Davos sammitində kitabla bağlı qaldırılan məsələ bizdə ötən əsrin 90-cı illərindən aktullaq kəsb etməyə başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampdan 50 illik zəmanət İSTƏYİB

Zelenski Trampdan 50 illik zəmanət İSTƏYİB

Baş prokurorluqdan xəbərdarlıq - Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı cinayət sayılır

Baş prokurorluqdan xəbərdarlıq - Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı cinayət sayılır

Ramanada zırpaketin gizli satıldığı anbar aşkarlanıb - VİDEO

Ramanada zırpaketin gizli satıldığı anbar aşkarlanıb - VİDEO

Röyadan şok İTTİHAM: “Afaq məni təqdim etməyə qorxur” - VİDEO

Röyadan şok İTTİHAM: “Afaq məni təqdim etməyə qorxur” - VİDEO

Paşinyanın silahdaşları Alen Simonyanı spiker postundan uzaqlaşdırmaq istəyir – DETALLAR

Paşinyanın silahdaşları Alen Simonyanı spiker postundan uzaqlaşdırmaq istəyir – DETALLAR

2026-cı il üçün DƏHŞƏTLİ PROQNOZ – Bu ölkələr arasında müharibələr BAŞLAYACAQ

2026-cı il üçün DƏHŞƏTLİ PROQNOZ – Bu ölkələr arasında müharibələr BAŞLAYACAQ

“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

Yollar qar və buzdan təmizlənir - VİDEO

Yollar qar və buzdan təmizlənir - VİDEO

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Su arxında kişi meyiti tapıldı

Su arxında kişi meyiti tapıldı

Rusiya gerbini dəyişdi

Rusiya gerbini dəyişdi

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Altay Göyüşovun məhkəməsi başladı

Altay Göyüşovun məhkəməsi başladı

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

End of content

No more pages to load

RADİO