İş axtaranlara XOŞ XƏBƏR – “Mütləq qeydiyyatdan keçin”

Saxta iş elanları ilə məşğul olan fırıldaqçıların sayı artmaqda davam edir.

Müxtəlif platformalardan sözdə real iş elanları paylaşan bu fırıldaqçılarla mübarizə aparmaq uzun zamandır ki, müşkülə çevrilib.

Baxmayaraq ki, bəzi özəl şirkətlərin saxta fəaliyyəti ifşa olunub, bəziləri barədə isə inzibati tədbir görülüb. Buna rəğmən saxta iş elanlarının qurbanlarına çevrilənlər var.

Məsələ burasındadır ki, qurbana çevrilənlərlə bağlı aidiyyəti qurumlara kütləvi müraciətlər yoxdur. Səbəb isə “işbazlar” tərəfindən aldadıldıqları məbləğin elə də böyük olmaması ilə bağlıdır.

Məsələ burasındadır ki, iş təklif edən şirkət iş axtarandan 10 və ya 20 manat müqabilində xidmət haqqı tələb edir. Məbləği aldıqdan sonra vətəndaşa hər hansı bir ünvan verib, ora göndərir.

Qurban həmin ünvana çatanda aldadıldığını anlayır. Bu şəkildə gün ərzində yüzlərlə iş axtaran tora düşür. Problem isə birdəfəlik çözülmür.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov iş axtaranların Dövlət Məşğulluq Agentliyinin müvafiq şöbələrinə müraciət etmələrini tövsiyyə edib:

“Onlar indi yaxşı alt sistem və baza yaradır. İlk növbədə orada qeydiyyatdan keçmək məsləhət olunur. Şübhəli iş elanlarının 2 növ qurbanları olur.

Birinci, dələduzların qurbanı olub nisbətən pul itirənlər, ikincisi daha təhlükəli olan insan alverinin qurbanına çevrilənlərdir.

İş axtarandan əvvəlcədən müəyyən məbləğdə pul götürən işədüzəltmə bürosu artıq bu başdan şübhəlidir.

Burada nisbətən kiçik məbləğdən söhbət getdiyi üçün insanlar şikayət etmir.

20-30 manat aldanır, fikirləşir ki, polisə şikayət etsə, 3-4 dəfə izahat verəcək, gedib-gəlməyə vaxtı gedəcək və itirdiyindən də daha çox yollara pulu gedəcək.

Bir iki şikayətlə isə məsələ bitmir. Burada uzaqbaşı inzibati məsuliyyət olur. Amma kütləvi olanda, bu, dələduzluq kimi qiymətləndirilə bilər. Yeganə yol məlumatlı olmağa qalır”.

Sahib Məmmədovun sözlərinə görə xaricdə ciddi işədüzəltmə büroları pulu iş axtarandan deyil, işəgötürəndən alır:

“Məsələn, işəgötürən deyir ki, mənə filan peşəkarlığı olan işçi lazımdır. İşədüzəltmə bürosu onu tapır, müsahibə aparır və gətirib işəgötürənə təqdim edir.

İşəgötürən isə həmin büroya pul ödəyir. Həm Beynəlxalq Əmək Təşkilatının bir konvensiyasına qoşulmuşuq. Ona görə də rəsmi işədüzəltmə büroları iş axtarandan heç vaxt pul ala bilməz. Amma hər yerindən duran sosial şəbəkələrdə elan verir və insanları aldadır”.

Müsahibimiz hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də bu problemi həll etmək üçün müəyyən işlər gördüyünü vurğulayıb:

“Həmçinin 2018-ci ildə qəbul olunmuş yeni qanuna görə vakansiyalar alt sistemi və iş axtaranlara elektron bazası yaradılır. Bununla da iş axtaranlarla işə götürənlər elektron sistemdə görüşə biləcək.

O demək deyil ki, özəl işədüzəltmə büroları fəaliyyət göstərməməlidir. Qanun hüquqi şəxslərə icazə verir. Amma onların içərisində tanınmışları, daimi ofisləri və rəsmi səhifələri olanlar var ki, onlarla işləmək məsləhətlidir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Maştağada obyekt yandı - VİDEO

Maştağada obyekt yandı - VİDEO

Günay Arazova: "Mənimlə tanış olmaq istəyən kişilər..." - VİDEO

Günay Arazova: "Mənimlə tanış olmaq istəyən kişilər..." - VİDEO

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

Məşhurların məmur ÖVLADLARI – ARAŞDIRMA

Məşhurların məmur ÖVLADLARI – ARAŞDIRMA

Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbə endirdi - VİDEO

Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbə endirdi - VİDEO

"Qəbələ" bu gün "Qarabağ"ı sınağa çəkəcək

"Qəbələ" bu gün "Qarabağ"ı sınağa çəkəcək

Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində

Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində

End of content

No more pages to load

RADİO