Tanınmış şəxslər icazə almaqla hərbi forma geyinə bilər” - MN 

Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və Vətən müharibəsində layiqincə iştirak etdikdən sonra tərxis olunmuş bəzi vətəndaşlarımız, eləcə də digər şəxslər tərəfindən bəzən hərbi geyim formasını daşımaq hüququna malik olmadıqları halda bu geyimdən istifadə edilməsi, xüsusilə də geyim formasını daşıma hüququnun pozulması halları aşkarlanıb.

Belə hallar qanunvericiliyə zidd olmaqla yanaşı, müzəffər Azərbaycan Ordusunun imicinə xələl gətirir və rəşadətli Azərbaycan əsgərinin profilinə müəyyən neqativ təsirlər göstərir.

Bizim.Media xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 15-də jurnalistlərə müsahibəsində deyib.

Mətbuat katibi qeyd edib ki, hərbi geyim formasının daşınması qaydaları “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnaməyə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir.

Bu Fərmana əsasən hərbi geyim formasını daşıma hüququna malik olmayan şəxslərin bu formadan istifadə etməsi qadağan edilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim və xüsusi geyim formasını daşımaq hüququ olmayan vətəndaşlardan bu formanın dərhal müsadirə edilməsi və 300 manatdan 500 manatadək cərimə tətbiq olunması nəzərdə tutulub.

“Belə halların qarşısını almaq məqsədilə Müdafiə Nazirliyi tərəfindən preventiv tədbirlər həyata keçirilib.

Respublikanın müxtəlif şəhər və qəsəbələrində artıq hərbi polis bölmələrinin əməkdaşları tərəfindən reydlər keçirilib və belə halların qarşısı alınır.

Aktyorlar, müğənnilər və digər tanınmış şəxslər yalnız Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”, - deyə Anar Eyvazov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satır

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

End of content

No more pages to load

RADİO