“Müharibə iştirakçıları psixoloji reabilitasiyaya cəlb olunmalıdırlar” - EKSPERT 

Vətən müharibəsinin başa çatmasından iki ilə yaxın müddət keçib. Döyüşlər bitəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi qaydada şəhid ailələrinə, müharibə iştirakçılarına və ailə üzvlərinə psixoloji yardım göstərilməsi ilə bağlı xəbərlər yayır. Son zamanlar isə qazilərlə bağlı bəzi xoşagəlməz hadisələr baş verib. 

Bizim.Media Report.az-a istinadən xəbər verir ki, psixoloq Taryel Faziloğlu açıqlamasında bildirib ki, bir qazinin müharibə zamanı hansı travmaya məruz qalmasını öyrənmək üçün ətraflı psixoloji diaqnostika aparılmalıdır. 

Onun sözlərinə görə, diaqnostika həm müsahibə, həm də testlər vasitəsilə həyata keçirilir:  

“Qazilərin davranışında müşahidə edilənlər post-travmatik stresslərdir. Bunlar hamısı yoxlanılmalıdır. Bütün bunlarla yanaşı, qazinin psixoloji halının rəsmi, portreti çıxarılmalıdır. Portret hazırlanandan sonra diaqnoza uyğun olaraq seanslara cəlb edilməlidirlər.  

Seansların sayı şəxsin psixoloji vəziyyəti ilə bağlıdır. Amma minimum 24-30 seans həmin insanın psixoloji neytralizasiya olunmasına sərf edilir. Çünki psixoloji travmalar tamamilə ortadan qalxmır. Sadəcə neytrallaşdırıla bilir. Lakin qazinin ağır problemləri varsa, stress pozuntusu dediyimiz, müharibə sindromundan qaynaqlanan əlavə psixoloji pozuntuları ola bilər. Bunlara panik ataq, obsessiv kompulsiv pozuntu, şəxsiyyətin, dəyərlərin deqredasiyası, müxtəlif şəxsiyyət pozulmaları aiddir. Əgər bir şəxsdə belə problemlər varsa, seansların sayı uzana bilər”. 

T.Faziloğlu bəzən insanların bir dəfə psixoloq yanına gedib nəticə almaq istədiklərini vurğulayıb:  

“Psixoloq minimum 3-4 seansı ancaq düzgün diaqnoz qoymağa sərf edir. Ondan sonra pasiyentin problemi aşkarlanaraq bəlli kateqoriyaya bölünür. Ona fərdi yanaşılaraq reabilitasiya proqramı hazırlanır. Psixoloq bu fəaliyyət planı üzərində həmin insanın problemi ilə məşğul olur. Psixoloqun yanına bir seansa getməklə heç nə əldə etmək olmaz”. 

Psixoloq qazilərin, müharibə iştirakçılarının Vyetnam sindromundan deyil, post-müharibə sindromundan əziyyət çəkdiklərini qeyd edib:  

“Sadəcə olaraq, post-müharibə sindromunun müxtəlif modelləri var. Amerikada Vyetnam, Rusiyada Əfqanıstan, Avropada Yuqoslaviya, ərəb dünyasında Ərəb baharı və Azərbaycanda Qarabağ modeli var. İnsanlar bu haqda məlumatsızdırlar deyə, Vyetnam sindromu deyirlər. Hətta hazırda da Rusiyada Əfqanıstan sindromundan əziyyət çəkirlər. Rusiyanın böyük şəhərləri kriminal qruplaşmaların idarəsi altındadır. Dövlət özü onlarla mübarizə aparmaqda çətinlik çəkir”. 

Müharibə iştirakçıları ilə davranışla bağlı dünya təcrübəsindən danışan psixoloq deyib ki, həmin şəxslərin mütləq statistik məlumatları formalaşdırılmalı, data bazası hazırlanmalıdır:  

“Müharibə iştirakçılarının hamısı psixoloji testdən keçirilməlidir. Testlərin, məlumatların nəticəsində ən ağır vəziyyətdə olanlar təxirə salınmadan psixoloji reabilitasiyaya cəlb olunmalıdırlar. Reabilitasiya ilə yanaşı, sosial rifah, özünüməşğulluq proqramları tətbiq edilməlidir. İqtisadi rifahları üzərində durulmalıdır ki, problemlər həll edilsin”. 

T.Faziloğlu söyləyib ki, Vətən müharibəsindən sonra insanlar uzun müddət qələbə eyforiyasında yaşadı:  

“Qələbə eyforiyası müharibə veteranı və qazilərə özlərini qanunlardan üstün görmə haqqı tanıdı. Onlar müharibədə qələbə çaldıqlarına görə özlərinin sanki bütün qanunlardan üstün olduqlarını düşünməyə başladılar. O düşüncəni onlara biz vermişik. Bu gün isə “siz niyə belə düşünürsüz?” - deyə mübarizə aparırıq. Onlar ciddi şəkildə ikinci psixoloji travma yaşayırlar. Bu travmanın da aqressiv nəticələri olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO