Sosial şəbəkə JURNALİSTİKASI - Qaziləri intihara təhrik edən neçə SƏBƏB VAR? 

Son günlərin əsas müzakirə mövzusu qazilərin intiharıdır. Hamı danışır. Və danışanların da böyük əksəriyyəti nədənsə günahkar ovuna çıxır. Günümüzün reallığı olan sosial şəbəkələr və vətəndaş jurnalistikası qısa vaxtda hamını “mütəxəssis” edib. Bilən də, bilməyən də hər şeydən danışır. 

Bəzi qüvvələr isə baş verənlərdən istifadə edərək ölkədə xoşagəlməz fon yaratmağa çalışır. İstənilən vəziyyətdən istifadə edib daxili müvazinəti və stabilliyi pozmağa çalışırlar.

Bu yazı ilə heç kimi yarqılamaq fikrimiz yoxdur, ancaq bir həqiqət var ki, qeyri-peşəkarların cövlan etdiyi bir vəziyyətdə sərt qaydalar işə düşməlidir. Hesab edin ki, sürcülük qabiliyyəti olmayan biri sükan arxasına keçib. Onu dayandırmağın ən sonuncu yolu da məqbuldur. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazilər niyə intihar edir? – Korporativ maraqların qurbanına çevrilən VƏTƏN FƏDAİLƏRİ


Qazilərin hamısı vəziyyətdən narazıdırmı?

Öncəliklə baxaq görək, qazilərimizi narahat edən nədir, onların hamısı narazıdırmı? Ədalət naminə deyək ki, bəzən qazilər və şəhid ailələri haqsızlıqla üzləşir. Yerlərdə yerində olmayan məmurlar yox deyildir, var. Amma bu kütləvi hal deyil. Deyək ki, bir rayonda 1000 nəfər qazi var. Və heç də bu qazilərin hamısı dövlət və digər qurumlardan narazı deyillər.

Lakin nisbət hesabı ilə narazı qazilərimiz və şəhid ailərimiz var. Onların da bəziləri, min dəfə üzür diləyərək və xüsusi nəzakətlə deyirik, öz iddialarında haqsızdırlar. Aralarında bəzi kələkbazların, işbazların fətvasına gedənlər də olur.

Məsələn, sosial şəbəkələrdə ötən gün bir görüntü paşlaşılmışdı. Bir qrup qazi Milli Məclisin ətrafına yığışıb, “intiharlara yox” çağırışı edirdi. Amma diqqətlə fikir verəndə aydın olurdu ki, ora gələn qazilərin çoxu nə istədiyini və bura niyə gəldiyini belə bilmir.

Ən maraqlısı da odur ki, sosial problemlə bağlı qanunverici orqanın qarşısına toplaşanlar bura niyə gəldiklərini izah edə bilmədilər. Bu da onu göstərir ki, Milli Məclisin qarşısına gələnlər bəzi qızışdırıcı qüvvələrin çağırışı ilə ora gəliblər.

“Jurnalist”lərimizin siyasi “özfəaliyyəti” nəyə hesablanıb?

Həmin görüntülərdə diqqəti cəlb edən başqa məqam isə qaziləri sual yağışına tutan “jurnalistlər” idi. Qazilərdən çox orada jurnalist var idi. Əslində onlara jurnalist demək də doğru deyil. Heç bir xüsusi geyimi olmayan bir qrup adam mobil telefonlarla qaziləri sual yağışına tutmuşdular.

Onların özlərini aparmalarından və verdikləri suallardan aydın olurdu ki, “müsahibə alan” bəzi “həmkarlarımız” problemi öyrənməkdən daha çox, qaziləri qızışdırmaq yolu tutublar. Daha doğrusu onlar özlərinin sualları ilə qaziləri daha çox yönləndirmək istəyirdilər.

Bu isə artıq jurnalistikaya aid olmayan məsələdir. Çünki, jurnalist bütün hallarda tərəfsiz olmalıdır. Amma həmin videolara baxanda “həmkarlarımız”ın tərəfsiz yox, “katalizator” olduğu görünür. Bu cür yanaşmalar isə təbii ki, cəmiyyətdəki atmosferi pozur. İnsanları daha da radikal olmağa sövq edir.
Radikal qazilərimiz isə son sözlərini intiharla deyirlər. Sonda qurban olan Vətən fədaisi, günahkar isə dövlət olur. 

Bəs, cəmiyyət olaraq bizim heç günahımız yoxdurmu? Vicdanımız sızlamırmı? Yoxsa, bütün çamuru dövlətin üstünə atanda vicdanımız təskinlik tapır?

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO