BDU-da magistratura pilləsi üzrə vergi hüququ ixtisası yaradılır

Nazirlər Kabinetinin sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilən ali təhsil müəssisələrinin ixtisasları siyahısına Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası əlavə olunub.

Universitetdən Bizim.Media-ya verilən xəbərə görə, Sərəncama əsasən, Azərbaycan və ingilis dili bölmələri üzrə (hər birində 5 tələbə olmaqla) 10 nəfərin bu ixtisasa qəbulu planlaşdırılır.

Əsas məqsəd iqtisadiyyat və hüquq elm sahələrinin inteqrativ tədrisi əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, habelə onun Tədris Mərkəzinin kadr potensialı imkanları və BDU-nun maddi-texniki və elmi potensialından istifadə edilməklə dövlət vergi orqanları ilə yanaşı, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üçün vergi sahəsi üzrə ixtisaslı mütəxəssis hazırlığının həyata keçirilməsinə nail olmaqdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə təhsil almaq üçün müsahibə mərhələsi başladı


Bununla bağlı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və BDU-nun Hüquq fakültəsi arasında vergi hüququ ixtisası üzrə tədrisin bilavasitə təşkili istiqamətində müvafiq işlərin görülməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, müvafiq ixtisas üzrə tədris planı, tədris yükünün müəllim heyəti arasında bölgüsü, tədrisin təşkilində Dövlət Vergi Xidmətinin, habelə BDU-nun elmi-pedaqoji kadr potensialından səmərəli istifadə olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Müzakirələrdə proseslərin əlaqələndirilməsi və təşkili məqsədilə Hüquq fakültəsində Vergi hüququ və iqtisadi ekspertiza mərkəzinin yaradılması və digər mühüm məsələlərə də toxunulub. Razılaşdırılan məsələlər üzrə müvafiq sənəd layihələrinin hazırlanaraq BDU-nun rəhbərliyinə təqdim olunması qərara alınıb. 

Qeyd edək ki, Tədris Mərkəzi vergi orqanlarında kadr siyasəti üzrə təkliflərin işlənib hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir.

Mütəxəssislərin fikrincə, Tədris Mərkəzinin iştirakı ilə multidissiplinar elm sahəsi olan vergi hüququ üzrə mütəxəssislərin hazırlanması yalnız dövlət vergi orqanları deyil, eləcə də özəl sektor və bütövlükdə respublikanın müvafiq sahədə əmək bazarının ixtisaslı kadrlarla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək.
Bu, Mərkəzin son illərdə əldə etdiyi mühüm uğurlardan biridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

Nepalda ölənlərin sayı 72-yə çatdı

Nepalda ölənlərin sayı 72-yə çatdı

ABŞ dövlət katibi İsrailə GETDİ

ABŞ dövlət katibi İsrailə GETDİ

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

End of content

No more pages to load

RADİO