Həkim səhvinin qurbanı Samir Pənəliyev: “Qadınlardan bir ara əlimi üzmüşdüm, indi isə sevirəm”

“Bəzən analar məni görəndə uşaqlarının qulaqlarını çəkirdilər. İndi isə kimsə öz oğluna örnək olaraq göstərir. İctimai sahədə özümü təsdiq edənədək xeyli çətinliklərlə üzləşmişəm, amma bunlar ayaqlarımda gücə çevirilərək mənə irəli addım atmaq üçün təkan verib”.

Bu sözləri Bizim.Media-ya Şuşada müsahibə verən ictimai fəal Samir Pənəliyev söyləyib.

Samir Pənəliyev 1991-ci ildə Laçın rayonunda doğulub. Doğuş zamanı həkimlər səhvən körpənin belini qırırlar.

Qaçqınlıq həyatı yaşayan ailə, problemlərindən dolayı balaca Samirin sağlamlığına diqqət yetirə bilmirlər. Uşaqdakı problemi həll etməyə çalışdıqda isə artıq çox gec olur.
Bütün bunlara baxmayaraq, Samir öz ayaqları üzərində durmağa və cəmiyyətə fayda verməyə çalışır. Dəfələrlə Azərbaycan Gənclər Fondundan müəllifi olduğu layihələrlə qrant qazanan Samir Pənəliyev, ictimai sahədəki uğurlarına görə 2019-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına layiq görülüb.

- Şuşaya ayaq basmaq, oranın havasını udmaq sizə necə təsir etdi?

- Bir azərbaycanlı və keçmiş məcburi köçkün kimi bundan böyük qürur duyuram. Şuşada mən Azərbaycanın birlik, bütövlük və qədim mədəniyyətini gördüm. Fəal gənc kimi QHT-lər üçün təşkil olunan Şuşa səfərində mənə də, yer verilməsi məni ziyadəsindən artıq məmnun etdi.

- Hazırda özünüzü necə hiss edirsiniz? Səhhətinizlə bağlı hər hansı bir problem yoxdur ki?

- Sağlamlığım qaydasındadır. Şuşada olandan sonra özümü sanki 10 yaş cavan hiss edirəm. İndi isə ata ocağım və 29 ildir həsrətində qaldığım Laçınımı görməyə hazırlaşıram.

- Həsrətdən danışmışkən, qaçqınlıq həyatı sizin üçün çox çətin oldu?

- Bir tərəfdən köçkünlük  həyatı, digər tərəfdən isə fiziki məhdudiyyətlə yaşamaq ilk başlarda mənim üçün çox çətin idi. Üst-üstə həyatın zərbələrini aldım desəm, heç də yanılmaram. Həyatımı zəhmətim və mübarizəmlə qazanmalı oldum. Hazırda yeganə problemim ali təhsillə bağlıdır. Distant şəkildə Eskişehir Anadolu Universitetinin “ Menecment” fakültəsini bitirmişəm, lakin universitetin diplomu təhsil nazirliyi tərəfindən tanınmır. İndi yenidən sənədlərimi hazırlayıb əyani təhsil almağa çalışıram.

- Bəs şəxsi həyatınız necə, tezliklə xeyir iş var? 

- Toy deyə bilmərəm, amma sevdiyim var. (Gülür) Bir ara qadınlara olan inamımı tamamilə itirmək üzrə idim, amma indi o fikirdə deyiləm.

- Sizcə insanların cəmiyyətdən geri qalması və ya özünü təsdiq edə bilməməsi əsasən nə ilə bağlıdır?

- Məncə bunun fiziki məhdudiyyətlə heç bir əlaqəsi yoxdur. Bu əsasən beyinlə bağlıdır. Beyin insanın davranışlarını formalaşdıran yeganə orqandır. Qüsurlu olmaq fiziki davranışlarla yox, məhz beyinlə olur.

Özüm də daxil olaraq hər hansı bir orqanında problem olan insanı əlil və ya qüsurlu hesab etmirəm. Qüsurlu o insandır ki, beynini neqativ fikirlərlə yükləyib həyatla mübarizə aparmır. Hər hansı bir çətinliyə sinə gərmək əvəzinə qaçıb gizlənir.
Hər bir insanın həyatda çətin və xoş günləri ola bilər. Amma xoşbəxt o insandır ki, ən çətin anlarında da, özünə inanıb irəli addım atmağı bacarır. Bu mənada fikirlərimi böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misraları ilə tamamlamaq istərdim:

                                     “Həyat səni güldürəndə gülürsən,
                                      Hünərin var, ağladanda gül görüm”.

Leyla Şah, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO