Moderator.az xəbər verir ki, Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Müraciətində bu ilin 20 aprel tarixində 63 yaşının tamam olduğuna diqqət çəkən ziyalı, məhkəmədən ölkə qanunvericiliyinə uyğun olaraq 480 saatlıq ictimai işlər cəzasını ortadan qaldırmağı xahiş edib.
E.Quliyevin
müraciəti üzrə məhkəmə bu gün, saat 16:45 radələrində reallaşacaq.
Qeyd edək ki,
47.4.4-cü maddəyə əsasən pensiya yaşına çatmış şəxslərə ictimai işlər cəzası tətbiq
edilə bilməz.
Məlumat üçün
bildirək ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə
qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə
xüsusi ittiham qaydasında iddia qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin
yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev
“Feysbuk”x9d şəbəkəsində yazdığı, “Moderator.az”x9d saytında da dərc olunan həmin
müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən
sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi
Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin
yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il
30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində
ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar
çıxardıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin
üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ
1140 manata çatıb.
Bundan başqa,
E.Quliyevin ölkədən çıxışı yasaqlanıb və o, hazırda “fəxri əsir”x9d statusuna
malik demokratlardan biridir.
Pərviz Əliyev