Moderator.az xəbər verir ki, Tovuzda Ermənistanla ön cəbhədə hərbi hissədə möhtəşəm tədbir keçirilib.
Tədbirdə çıxış edən Tovuz
Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummili
lider Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq
bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasəti müstəqil Azərbaycanın
inkişafına yol açmışdır. Azərbaycanın
getdikcə artan siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması
məhz ümummili lider Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olduğunu deyən millət
vəkili Qənirə Paşayeva bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini vurğulamışdı. Çıxışının sonunda millət vəkili Qənirə
Paşayeva "gələn bayramlarımızı inşallah birlik və bərabərlik içində
işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və
bütün o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil. Biz
hamımız bunun üçün əlimizdən gələni etməliyik", - dedi. Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə
millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB adından hədiyyələr təqdim edilmiş və onlarla gözəl
söhbətlər aparılmışdır. Əsgər və zabitlərimiz hər an Ali Baş Komandanın əmri
altında torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildirmişdirlər.
Tədbir Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovanın əsgər, zabit, hərbiçilərimiz
üçün geniş konsert proqramı ilə davam etmişdi.




