Fransada yaşayan Şuşalı müğənni: “Artıq evə dönmək vaxtıdır” - MÜSAHİBƏ 

Fransada yaşayıb yaradan əslən Şuşadan olan Təranə Monbarbut Bizim.Media-ya özəl müsahibə verib. Müğənni Şuşadan didərgin düşüdüyü günlərdən, sənətə gəlişindən, Fransadakı həyatından danışıb. Həmin müsahibəni təqdim edirik:

- Təranə xanım, siz hələ çox kiçik olanda Şuşadan qaçqın düşmüsünüz. Necə xatırlayırsız o dövrü?

- Düzün desəm, o vaxtları heç xatırlamaq istəmirəm. Həmçinin qaçqın sözünü də heç xoşlamıram və ona görə də özümü qaçqın yox, Şuşadan olan məcburi köçkün hesab edirdim. Məcburi köçkün olmaq isə faciədir. İnsanın bütün həyatı alt-üst olur. Mənim uşaqlığımın payına tək müharibə yox, bu acı da düşdü.

Evimdən-eşiyimdən, dostlarımdan qopardılıb yurdusuluğun içinə atıldım. Uşaqlığı əlindən alınan köçkün uşaqları çox tez böyüyürlər, ona görə ki vaxtsız kədər artıq kiçik yaşlarından onlara ortaq olur və mənəvi cəhətdən dözümlü şəkildə böyüməyə başlayır. 
İndi isə mən yalnız gələcəyə doğru baxıram və arxaya baxmaq istəmirəm.Qarabağımızı dirçəltməliyik. Artıq evə dönmək vaxtıdır.

- Azərbaycanda yaşayarkən də müğənniliklə məşqul oldurdunuz, yoxsa proffisional ifaçılığa məhz Fransada başladınız?

- Şuşada musiqi məktəbində oxumuşam, uşaqkən Şuşa şəhər uşaq xorunda da oxuyurdum. Özümü xatırladığımdan bəri nəğməli, musiqili olmuşam, musiqi hər zaman ən yaxın dostum olub, həyat sınaqlarında mənə dayaq, sığınacaq, hisslərimin ifadə etmək yolu olub. Ailəmizdə musiqiçi olmadığından bu bağlılığıma ailə üzvlərim tərəfindən daha çox hobbi kimi yanaşılırdı.

Atam cərrah, anam fransız dili müəlliməsi olub. Ali təhsilimi xarici dillər üzrə yönəltdim və təhsilimi xaricdə davam edərkən paralel olaraq, musiqi imkanlarımı peşəkar insanlarla davam etdirməyə başladım. Belə tanışlıqların biri məni caza gətirdi.
Bakı caz festifalında gənc ifaçılar sırasında laureat oldum və o zaman Bakıda bəstəkar Vaqif Gərəyzadə və gözəl opera sənətkarımız İnarə Babayeva ilə tanışlığım və əməkdaşlığım yarandı. Fransada “Sorbon” universitetini fərqlənmə ilə bitirməyimə baxmayaraq, peşəkar vokalist kimi fəaliyyətimi davam etdirdim.

- Fransada Azərbaycan əsilli ifaçı kimi sizi necə qəbul edirlər? 

- Ümumiyyətlə, fransızlar dünya musiqisinə maraqla yanaşırlar. Musiqi, sənət çox mühim kommunikasiya alətidir, məncə məhz bu yolla bir xalqı, mədəniyyəti başqa xalqa tanıtmaq, sevdirmək olur. Mən də sənət vasitəsiylə illərdir Fransada Azərbaycan həqiqətlərini fransız tamaşaçılarına çatdırıram.

Azərbaycan ruhu, musiqili tamaşamız Fransanın bir neçə şəhərlərində ifa edildi və çox maraqla qarşılandı. Tamaşada fransız musiqiləriylə yanaşı, Azərbaycan xalq mahnıları da ifa olunurdu və mahnılar arası Azərbaycandan, Qarabağdan, anadan olduğum, uşaqlığımın ən xoşbəxt illəri keçdiyi Şuşadan, Laçından danışırdım. 

“Esquisse” adlı albomumda isə tanınmış Fransız standartlarının bir hissəsini Azərbaycan dilinə adaptasiya etmişdim, bu da dinləyicilər tərəfindən çox gözəl qarşılandı.
Bakı Avropa oyunları zamanı fransız milli televiziyasına oyunların açılış, bağlanış mərasimlərinin şərhçisi kimi dəvət aldım, Azərbaycan himnini ilk dəfə fransa televiziyasında canlı yayımda ifa etdim, fürsətdən istifadə edib həmçinin Qarabağ müharibəsindən, bizim həqiqətlərdən də bəhs etdim.

- Erməni lobbisinin güclü olduğu Fransada maneələrlə rastlaşmırsınız ki? 

- Əksinə olaraq məhz erməni lobbisinin güclü olduğu bir yerdə olmaq, yaşamaq, çalışmaq və tanınmağın Azərbaycan üçün daha faydalı olduğunu düşünürəm. Fransızlara Azərbaycanı tanıtmaq, sevdirmək, erməni yalanlarını ifşa etmək mənim üçün böyük fəxrdir.

Bildiyiniz kimi Fransada erməni mənşəli vətəndaşlar mediada, siyasi orqanlarda və digər mühim orqanlarda işləyirlər. Fransadakı Erməni lobbisi illər boyu manipulyasiya etməklə məşquldurlar.
Maneə yaradanlar çox olur, ancaq mənə bu müsbət mənada təsir edir. Bu onun göstəricisidir ki, siz iş görürsüz, istedadlısınız və buna görə də seçilib irəliləyirsiniz. Ona görə də bu kimi manelər əksinə olaraq mənə stimul verir. Həyat mübarizədir! Elə deyilmi?! Müharibə görmüş uşaq kimi əminliklə deyə bilərəm ki belədir.

- Keçən il Azərbaycana gəldiniz, amma hələ də Şuşada olmamısınız…

- Artıq Qarabağımız azaddır, mən bir daha şəhidlərimizin ruhu önündə baş əyirəm, qazilərimizə isə can sağlığı arzu edirəm. Böyük Qayıdış başlayıb. Bütün Şuşa sakinləri kimi mən də gözəl şuşalı günlər ümidiylə yaşayıram. Artıq planlarımızda Şuşalı günləri necə keçirəcəyimizi düşünürük. Bu bir möcüzədir ki, 30 ildən sonra biz evimizə dönə biləcəyik. Şuşada böyüdüyüm ata ocağımı mənə çəkib göndəriblər və ora ayaq basacağım günü səbirsizliklə gözləyirəm.

Leyla Şah, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Coşqun Rəhimova ağır itki!

Coşqun Rəhimova ağır itki!

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Lebron Ceyms Maykl Cordanı geridə qoydu

Lebron Ceyms Maykl Cordanı geridə qoydu

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

End of content

No more pages to load

RADİO