DİN Xırdalanda məktəbli qızın qaçırılmasına münasibət bildirdi

“Qaçırılmayıb, özü gedib”x9d.

Daxili İşlər Nazirliyi virtualaz.org saytının 19.04.2015-ci il tarixli sayında yerləşdirilmiş “Məktəbli qızı qaçırılan anadan iddia: “Onu Dubaya satmağa aparacaqlar...”x9d sərlövhəli yazıdakı bir çox məqamlara aydınlıq gətirib.

Moderator.az xəbər verir ki, DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytının redaksiyasına göndərdiyi məktubda bildirir ki, Abşeron rayon sakini Təhminə Vəliyevanın qızı, 18 yaşlı Aytən Məmmədovanın (ad şərtidir) bacısı oğlu tərəfindən qaçırılması və bununla bağlı Abşeron Rayon Polis İdarəsində (RPİ) ərizəsinə baxılmadığı barədə iddiaları həqiqətdən uzaqdır.

O.Mansurzadənin sözlərinə görə, həqiqətən Abşeron rayonu, Xırdalan şəhər, Quşçuluq yaşayış massivində yaşayan Təhminə Vəliyeva 24.02.2015-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək bildirib ki, 22.02.2015-ci il tarixdə bacısı Rəna Vəliyeva və bacısı oğlu Kamran Ağamaliyev onun razılığı olmadan qızı Aytən Məmmədovanı (ad şərtidir) götürüb aparıblar: “Təhminə Vəliyevanın ərizəsi əsasında Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılıb. Müəyyən edilib ki, ötən ilin dekabrında Rəna Vəliyeva Təhminəgilə gələrək bacısı qızı Aytəni oğlu Kamran üçün istəyib, sonuncu da öz razılığını verib, bunun təsdiqi olaraq cari ilin yanvar ayında elçilik mərasimi də keçirilib.

Lakin elçilikdən az sonra T.Vəliyeva Rənanın gələcək ailənin işlərinə müdaxilə edəcəyini əsas gətirərək qızını bacısı oğluna verməkdən imtina edib. Anasının onu başqa şəxsə ərə verəcəyini bilən qız bu barədə 22.02.2015-ci il tarixdə telefonla nişanlısı Kamran Ağamaliyevə məlumat verib, evdən getmək istədiyini bildirib. Kamran da anası ilə birlikdə xalasının yaşadığı evə gedib. Orada tərəflər arasında mübahisə yaranıb. Bu zaman Aytən anasına Kamranla ailə həyatı quracağını deyib, sonra isə nişanlısı və xalası ilə birlikdə sonuncuların yaşadıqları Masazır qəsəbəsinə yollanıb.

Yeri gəlmişkən, Aytən Məmmədova izahatında və Abşeron RPİ-yə ərizəsində də öz razılığı və istəyi ilə nişanlısı Kamranla ailə həyatı qurmaq məqsədi ilə getdiyini, anası Təhminə ilə yaşamaq istəmədiyini, hazırda Kamranla onlara məxsus olan evdə yaşadığını, nə nişanlısına, nə də onun anası Rənaya qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirib.

Beləliklə, göstərilən xüsusatlar və cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla, təhqiqat orqanı tərəfindən T.Vəliyevanın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul olunub.

Araşdırma zamanı T.Vəliyevanın bacısı Rəna Vəliyeva və onun oğlu Kamran tərəfindən döyülməsi məsələsi də öz təsdiqini tapmayıb”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Deputatlar bu gün məzuniyyətə çıxır

Deputatlar bu gün məzuniyyətə çıxır

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə - FOTO/VİDEO

Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə - FOTO/VİDEO

Suriyanın yeni pulları belə olacaq – FOTO

Suriyanın yeni pulları belə olacaq – FOTO

Ölən 3 polisə görə İstanbul və Ankarada əməliyyat keçirildi - 127 nəfər saxlanıldı - FOTO

Ölən 3 polisə görə İstanbul və Ankarada əməliyyat keçirildi - 127 nəfər saxlanıldı - FOTO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Saray qəsəbəsində YOL PROBLEMİ – VİDEO

Saray qəsəbəsində YOL PROBLEMİ – VİDEO

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

Şuşa şəhərinə ilk bayraq sancan Vətən Müharibəsi Qəhrəmanının anası VƏFAT ETDİ - FOTO

Şuşa şəhərinə ilk bayraq sancan Vətən Müharibəsi Qəhrəmanının anası VƏFAT ETDİ - FOTO

Biləsuvar və Lənkəran sakinlərinin nəzərinə!

Biləsuvar və Lənkəran sakinlərinin nəzərinə!

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Alyona Əliyevadan paylaşım – VİDEO

Alyona Əliyevadan paylaşım – VİDEO

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Qaxda avtomobil ağaca çırpıldı - Sürücü VƏFAT ETDİ

Qaxda avtomobil ağaca çırpıldı - Sürücü VƏFAT ETDİ

Bayram günlərində ölkəmizdə hava necə olacaq?

Bayram günlərində ölkəmizdə hava necə olacaq?

Bakıda arvad bellə ərinin başına ZƏRBƏ ENDİRDİ

Bakıda arvad bellə ərinin başına ZƏRBƏ ENDİRDİ

Səhiyyə Nazirliyindən bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT

Səhiyyə Nazirliyindən bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT

Bəxtiyar Əliyevə AĞIR İTKİ

Bəxtiyar Əliyevə AĞIR İTKİ

Tramp Netanyahudan bunu xahiş etdi

Tramp Netanyahudan bunu xahiş etdi

DYP bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət etdi

DYP bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət etdi

Venesuelada narkotik daşıyan təyyarə vuruldu

Venesuelada narkotik daşıyan təyyarə vuruldu

End of content

No more pages to load

RADİO