“Erməni əsirliyində bizə işgəncə edirdilər, bədənimizə elektrik cərəyanı verirdilər, ayağıma iynə batırırdılar”.
Bizim.Media-nın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Bayram Kərimov söyləyib.
“Azərbaycana gələndə sevincimdən uçurdum. Ayaqlarım işləmirdi, yoxsa torpağımızı öpərdim”,- deyə o vurğulayıb.
Bizim.Media