Ermənilər mənə kəlbətinlə işğəncələr verirdilər.
Bizim.Media-nın məlumatına görə, bu sözləri mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Mobil Əhmədzadə deyib.
Qarabağ qazisi söyləyib ki, Xankəndi-Şuşa yolu istiqamətində ağır yaralanıb.
5 gün meşədə qaldıqdan sonra əsir götürülüb. 34 gün əsrilikdə qaldğını vurğulayan M.Əhmədzadə ağır işğəncələrlə üzləşdiyini söyləyib.
''34 gün əsirlikdə olmuşam. Mənə kəlbətinlə işgəncələr verilib, iynələr vurulub. 31 gün türmədə qalmışam. Əsirlikdə olanda qələbə qazandığımızdan xəbərimiz yox idi''.
''Dekabrın 11-də onların televizorda bizim parada baxdıqlarını bildim. Bizi Bakıya gətirdiklərini bilmirdik. Bakıya çatanda bildim''.
Bizim.Media