Yuxu və yuxuyozma barəsində bilmədiklərimiz

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Möminin sadiq röyası nübüvvətin (peyğəmbərliyin) qırx altıdan-bir hissəsidir. Nübüvvətdən bir parça olan şey isə yalan ola bilməz”x9d. 

Moderator.az -ın islam.az-a istinadən verdiyi məlumata görə, bu hədisdə Peyğəmbərin sadiq yuxunu nübüvvətin qırx altıdan-bir hissəsi adlandırmağının səbəbini alimlər belə izah ediblər: Həzrət Mühəmmədin (s) peyğəmbərlik müddəti 23 il, sadiq röyalar görməsi isə altı ay davam etmişdi. Altı ay 23 ilin qırx altıdan-bir hissəsidir.

Sadiq yuxular görmək neməti hər kəsə verilməz. Hədisdə deyilir ki, sözü düz olanın yuxusu da doğru çıxar. Mömin, əxlaqlı, ibadətləri vaxtında yerinə yetirən adamların yuxusunun düzgün çıxma ehtimalı daha böyükdür.

Yuxuların düzgün yozulması da mühüm məsələdir. Hər kəs istər özünün, istərsə də başqasının gördüyü röyanı düzgün yozmağa qadir deyil. Bunun üçün savad və xüsusi istedad lazımdır. Din aləmində Daniyal Peyğəmbərin (ə), Həzrət Əlinin (ə), tabeindən İbn Sirinin, məşhur alim İbn Ərəbinin yuxuyozma kitabları məşhurdur. Yuxunu yozarkən vaxtı, yatma şəraitini, yuxu görən adamın kimliyini və yuxunun bəzi detallarını mütləq nəzərə almaq lazımdır. Yuxunun şeytani yoxsa ilahi (sadiq) olduğunu ayırd etmək bəzən adi metodlarla qeyri-mümkün olur. Bəzən yuxunu yalnız bundan əvvəlki mənbələrə ”“ yuxuyozma kitablarına əsasən mənalandırmaq da mümkün olmur. Bu zaman yuxunun yeni “şifrə”x9dlərini tapmaq tələb olunur ki, bunu da kəşfü kəramət sahibi olan, Allahdan ilham alan arif şəxslər edə bilərlər.

Sadiq yuxunun dərhal həyata keçməsi vacib deyil. Qurani-kərimin Fəth surəsinin 27-ci ayəsində Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkəni ziyarət etməsi barədə Mədinədə yuxu gördüyü barədə danışılır. Həmin il (hicrətin 6-cı ilində) müsəlmanlar o həzrətin başçılığı altında Məkkəyə yola düşərkən bu ziyarətin mütləq baş tutacağına inanırdılar. Amma həmin il Kəbəni ziyarət etmək onlara qismət olmadı və məsələ Hüdeybiyyə sülhü ilə nəticələndi. Bu zaman bəzi müsəlmanlar Peyğəmbərin yuxusunun çin olmamasından narahat oldular və o həzrətin nübüvvətinə şəkk etdilər. Amma Peyğəmbər onlara buyurdu ki, mən bu yuxunun elə bu il həyata keçəcəyini sizə deməmişdim. Yuxu bir müddətdən sonra da çin ola bilər. Necə ki, Peyğəmbərin bu yuxusu növbəti il ”“ hicrətin 7-ci ili zilqədə ayında müsəlmanların qəza ümrəsi kimi tarixə düşmüş Məkkə ziyarəti ilə reallığa qovuşmuş oldu.

İnsan yaxşı yuxu görəndə bunu yaxın adamlara danışması və sevincini onlarla bölüşməsi yerinə düşər. Amma hədislərdə deyilir ki, pis və xoşagəlməz yuxu görən adam bu barədə heç kimə bir söz deməsin, həmin yuxunun ona ziyan yetirməyəcəyinə inansın və yuxusunun çin çıxmaması üçün Allaha sığınsın. Çünki əksər hallarda başqaları insanın pis yuxusundan xəbər tutanda bunu daha da şişirdir, insanı daha artıq ümidsizliyə və təşvişə düçar edirlər. Ümumiyyətlə, İslam dini müjdə və ümid dinidir. Özünü və başqalarını ümidsizliyə salan, qanını qaraldan, təşviş gətirən, neqativ aura yaradan hərəkətlər dinimizdə bəyənilmir. Pis yuxunu danışmaq da bu qəbildəndir. Xalq ənənəsində pis yuxunu heç kimə danışmamaq, əksinə, axar suya danışmaq və bu yolla sanki onun mənfi gücünü batil etmək inancı vardır.

Sadiq yuxuların həyata keçmə dərəcəsi fərqli olur. Elə yuxular var ki, tam dəqiqliklə və qısa müddət ərzində çin olur. Elə yuxular var ki, qismən reallaşır. Bəzi yuxular uzun müddətdən sonra həyata keçir. Bəzi yuxuların isə həyatdakı təzahürünü görmək üçün rəmzləri, gizli işarələri oxumaq lazım gəlir.

Sadiq röyalara aid bir neçə nüans vardır ki, onları qeyd etməyi lazım bilirik. Əvvəla, sadiq röyalar adətən səhərə yaxın görülür. Həmçinin, ağacların tumurcuqladığı və meyvələrin yetişdiyi mövsümlərdə (yəni baharın əvvəlində və yayın sonunda) görülən yuxuların daha çox həqiqətə uyğun olduğunu yazırlar. İkincisi, yuxuda peyğəmbəri və imamları görmək heç zaman şeytanın vəsvəsəsi ola bilməz. Yəni şeytan bu müqəddəs insanların qiyafəsinə girməyi bacarmaz və yuxuda bu qiyafələrdən istifadə etməklə insanı aldada bilməz. Peyğəmbər buyururdu ki, yuxuda məni görmüş adam oyaq halda məni ziyarət etmiş kimidir.

Nəhayət, maraqlı cəhətlərdən biri də budur ki, dünyanın sonuna yaxın möminlərin gördükləri sadiq röyaların sayı artar. Axirəz-zamanda yaşayan möminlər daha çox doğru yuxu görərlər. Bunun səbəbi haqqında deyirlər ki, dünyanın sonuna yaxın zülm artar, möminlər çətin vəziyyətə düşərlər. Onların hər yerdən ümidi üzülər, özlərini köməksiz və tənha hiss edərlər. Bu zaman Allah sadiq röyalarla möminlərə yardım göstərər, onlara müjdələr verər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

End of content

No more pages to load

RADİO