Bu gündən bütün ölkə üzrə icbari tibbi sığorta tətbiq olunur

Milli Məclisin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 4 maddəsinə dəyişikliklər qəbul edilib. 

Bizim.Media xəbər verir ki, bu gündən etibarən hər kəs icbari tibbi sığortaya hazır olmalıdır.

Çünki icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə 2021-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq. 

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu o deməkdir ki, 2022-ci il yanvarın 1-dək qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən isə 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Bununla yanaşı dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının toplanılmasına, eləcə də müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 yanvar 2021-ci ildən başlanılacaq.

Dördüncü dəyişikliyə görə, 2024-cü ildən etibarən Qanunun 15-10.1.5-ci maddəsinə əsasən müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48%-i miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulub.

Qanuna dəyişikliklərin edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir. 

Qeyd edək ki, hazırda icbari tibbi sığorta respublikanın 23 şəhər və rayonunda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax) tətbiq edilir. 

Beyninizdə icbari tibbi sığorta nədir sualı yaranırsa, bilməlisiniz ki, icbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.

Qeyd edək ki, sistemin tətbiqi tibb işçilərinin əməkhaqqısını artıracaq. İkihissəli artım həkimlərin həm maaşının artması, həm də onların məvacibdən əlavə gəlirlər əldə etməsinə hesablanıb.

Azərbaycan vətəndaşları, habelə ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu xidmətlər üzrə illik 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Ödəniləcək məbləğ barədə yuxarıda daha ətraflı məlumat verdiyimizə görə, güzəştlər barədə deyək ki, ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək.

Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddır:

18 yaşınadək şəxslər

23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər

Pensiyaçılar

Sosial müavinət almaq hüququna malik olan şəxslər

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri

Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Bu güzəştlər yalnız Azərbaycan vətəndaşlarına şamil olunur.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə tövlədə güclü yanğın - Heyvanlar tələf oldu

Şəmkirdə tövlədə güclü yanğın - Heyvanlar tələf oldu

Trampla III Çarlzın görüşünə jurnalistlər buraxılmayacaq – NƏDƏN EHTİYAT EDİRLƏR?

Trampla III Çarlzın görüşünə jurnalistlər buraxılmayacaq – NƏDƏN EHTİYAT EDİRLƏR?

Milyarder “Bugatti”ni geridə qoyan ən sürətli avtomobili SİFARİŞ ETDİ

Milyarder “Bugatti”ni geridə qoyan ən sürətli avtomobili SİFARİŞ ETDİ

Londonda kulinariya rekordu qırıldı: Kralın şərəfinə 440 metrlik desert hazırlandı

Londonda kulinariya rekordu qırıldı: Kralın şərəfinə 440 metrlik desert hazırlandı

İki ayda 5831 şagirdə qırmızı kart verilib

İki ayda 5831 şagirdə qırmızı kart verilib

Tuapsedə neft emalı zavodunda yanğına görə sakinlər təxliyə olunur – VİDEO

Tuapsedə neft emalı zavodunda yanğına görə sakinlər təxliyə olunur – VİDEO

Eşqi Bağırov: “Bu ildən attestatlar elektron formada təqdim olunacaq”

Eşqi Bağırov: “Bu ildən attestatlar elektron formada təqdim olunacaq”

Beş rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək – SİYAHI

Beş rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək – SİYAHI

Dubay və Əbu-Dabi milyarderləri necə cəlb edir?

Dubay və Əbu-Dabi milyarderləri necə cəlb edir?

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Şagirdlərin çantalarının yoxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Şagirdlərin çantalarının yoxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sabunçu tunelindəki çökmə aradan QALDIRILACAQ

Sabunçu tunelindəki çökmə aradan QALDIRILACAQ

Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq – RƏSMİ

Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq – RƏSMİ

MİQ imtahanının vaxtı AÇIQLANDI

MİQ imtahanının vaxtı AÇIQLANDI

ŞAD XƏBƏR! Leysandan zərər görən bəzi evlər yenidən inşa olunacaq – SİYAHI

ŞAD XƏBƏR! Leysandan zərər görən bəzi evlər yenidən inşa olunacaq – SİYAHI

"Bu il bağça müəllimləri ilk dəfə sertifikatlaşdırma imtahanı verəcək" - Eşqi Bağırov

"Bu il bağça müəllimləri ilk dəfə sertifikatlaşdırma imtahanı verəcək" - Eşqi Bağırov

Bakının 4 rayonunda sel və daşqınlara görə istinad divarları TİKİLƏCƏK

Bakının 4 rayonunda sel və daşqınlara görə istinad divarları TİKİLƏCƏK

Keşlədə su basan evlərin sakinlərinə maddi yardım VERİLƏCƏK

Keşlədə su basan evlərin sakinlərinə maddi yardım VERİLƏCƏK

Epşteynin “dəhşət evi”: Zorro Ranch ilə bağlı yeni iddialar üzə çıxdı

Epşteynin “dəhşət evi”: Zorro Ranch ilə bağlı yeni iddialar üzə çıxdı

"BakuBus" ağır qəza törətdi – VİDEO

"BakuBus" ağır qəza törətdi – VİDEO

Birinci sinifə elektron qəbula bu tarixdə START VERİLƏCƏK – RƏSMİ

Birinci sinifə elektron qəbula bu tarixdə START VERİLƏCƏK – RƏSMİ

40 min manatlıq oğurluq edən şəxs TUTULDU

40 min manatlıq oğurluq edən şəxs TUTULDU

Sel və daşqınların fəsadlarını aradan qaldırmaq üçün 85 milyon manat ayrıldı - SƏRƏNCAM

Sel və daşqınların fəsadlarını aradan qaldırmaq üçün 85 milyon manat ayrıldı - SƏRƏNCAM

Ağ Evdə qalmaqal: Pentaqon rəhbərinin xanımı 14 dollarlıq “Temu” paltarı ilə gündəm oldu – FOTO

Ağ Evdə qalmaqal: Pentaqon rəhbərinin xanımı 14 dollarlıq “Temu” paltarı ilə gündəm oldu – FOTO

End of content

No more pages to load

RADİO