Sabiq nazir Əli Nağıyev deputatlar HAQQINDA – “Yaxşıları ilə fəxr edirəm, xarabları isə...” – ÖZƏL MÜSAHİBƏ

Azərbaycanın siyasi həyatında, hökumətdə təmsil olunaraq vaxtilə bir sıra vəzifələrdə çalışmış sabiq nazirlərdən bəziləri cəmiyyətlə əlaqələri kəsməyərək ara-sıra mətbuata çıxsa da, bir çoxları kölgəyə çəkilməyə üstünlük verir. Bu mənada sabiq nazirlərin hazırda nə işlə məşğul olduqlaqrını bilmək maraqlı olardı. 

Bizim.Media-nın müsahibi sabiq Əmək və Əhalinin Sosial Müdafiə naziri, bir müddət ölkəmizin Belarusda səfiri işləmiş Əli Nağıyevdir.

Müsahibəsində o, hazırda təsərrüfat işləri və mütaliə ilə məşğul olmağa üstünlük verdiyini söylədi.


- Hazırda oturmuşam evimdə. Təsərrüfat işləri ilə məşğul oluram. Evdə, bağda o qədər iş var ki, bacardığım işləri görürəm. Bir də kitab oxuyuram. Kitab oxumağı çox sevirəm. 68 illik ömrümün ən azı 60 ili kitab oxumaqla keçib. Cızma-qara şeyləri oxumuram. Böyük ədəbiyyatdan isə xoşum gəlir. Tolstoyu, Dostoyevskini, Çexovu, Qoqolu, Hüqonu, Balzakın əsərlərini həvəslə oxuyuram. Eyni zamanda, xristianlıq, büddizm, zərdüştlüklə bağlı kitablarla da tanışam. İslam dinilə əlaqədar mollaların yazdığını yox, böyük dəyərli kişilərin, məsələn Hüllerin məşhur əsərlərini oxumuşam.

Fəlsəfə əlaqədar isə Kantın, Şopenhauerin kitabları ilə də tanışam. Azərbaycan ədəbiyyatından, Nizami, Nəsimi, Füzuli, Seyid Əzim, Sabir, Cavid, Müşviqi, Səməd Vurğunu sinə dəftər bilirəm. Hərəsindən azı yarım saat-bir saat əzbər deyə bilərəm.  
- Bu gün fəaliyyətdə olan deputatlar və siyasilər barədə nə fikirdəsiniz?

- AzTV və İctimai kanalda gedən “Hədəfə doğru”, “Açıq söz” kimi bəzi ictimai-siyasi verilişlərə baxıram. Fəaliyyətdə olan deputat və siyasilər arasında yaxşıları da var. Onların çıxışlarından ləzət alır, fəxr edirəm ki, milləti bu cür gözəl təmsil edənlər var. Bu yaxınlarda ikisi hətta İrəvana səfər etmişdi. Millətin belə yaxşı oğulları ilə fəxr edirəm. Xarabları isə xarabdır. Belələri də təəssüf ki, hər yerdə var. 

- Qarabağda Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfərlə bağlı nə kimi düşüncələriniz var? 

- Heç şübhəsiz millətimizin tarixində ən böyük nailiyyətlərdən biri də şanlı Ordumuzun qazandığı bu möhtəşəm Zəfərdir. Ölkəmizin ən böyük nailiyyətləri elə də çox deyil. Keçən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə hansı böyük nailiyyət əldə etmişdisə, bu da elə həmin cərgədə olanlardandır. Ağlı başında olan azərbaycanlı buna başqa cür cavab verə bilməz.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Coşqun Rəhimova ağır itki!

Coşqun Rəhimova ağır itki!

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

End of content

No more pages to load

RADİO