Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış olub. Hadisə nəticəsində gecə klubu ilə yanaşı, yaxınlıqdakı digər iaşə obyektləri, o cümlədən "Böyükfırat" restoranı ciddi zərər görüb. İlkin məlumata əsasən, 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bizim.Media gecə klubunun yaxınlığında yaşayan və partlayışı eşidən Kənan Rəhimovdan eksklüziv müsahibə alıb. O, hadisədən öncə evdən bayıra çıxdığını, su almağa getdiyini deyib.
Onun sözlərinə görə, dükandan çölə çıxanda partlayış baş verib:
“Əslində nə olduğunu bilmədim, elə bildim "zırpaket" atıblar. Bir də gördüm ki, klubun qarşısındakı maşınların yarısı yandı. BMW markalı maşında isə qan izləri gördüm”.
Rəşad Orucoğlu (foto), Bizim.Media.