(Millət vəkili Qənirə Paşayeva)
Adamların bəzilər bunu bilmir...
Bir çoxları isə bilir, amma özünü bilməməzliyə vurur...
Bir çoxları isə bilə-bilə qeybət, dedi-qodu edirlər...
Bəziləri isə var ki, bunu sevə-sevə edirlər... Bu ən dəhşətlisidir...
Və unudurlar ki, dinimizə görə insanların ən çox ehtiyat etməli olduqları böyük günahlardan biridir qeybət...
Və unudurlar ki, dinimizdə, qutsal kitabımız Quranda bir başqasının dedi-qodusunu, qeybətini etmək “ölü qardaşının ətini yeməyə”x9d bənzədilir. Bu qədər ağır yəni. Bu qədər ağır ki, bəlkə anlaya adamlar. Bundan daha dəhşətli bir təsvir ola bilərmi, dost?!
Bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (əl-Hucurat 49/12)
Təəssüf ki, bir çoxları üçün xeyri yoxdur, nə söylənilir söylənilsin önəm vermədən davam edər bu böyük günaha... Ayrıla bilmir dedi-qodudan, qeybətdən... Bu bəla ilə indi hər addımbaşı rastlaşırıq.
Amma hər kəs bilməlidir ki, bir şəxsin haqqında danışdığı bircə pis kəlimə, hələ yalan, iftira, qaralama... mütləq dönüb-dolaşıb, sahibinə artıqlamasıyla geri gəlir. Həm də heç gözləmədiyi anda, gözləmədiyi yerdən...
Həmin adam orda olmaya-olmaya görüb-bilmədən onun haqqında pis söz söyləmək, onun haqqında qeybət etmək, dedi-qodu etmək, qara yaxmaq, suçlamaq bədəli çox ağır günahdır... Həmin davranış tərzini mənimsəyənlərə qarşı birmənalı şəkildə cəhənnəm təhdidi var.
“Qeybət edib, tənə vuran hər kəsin vay halına!”x9d (“Huməzə”x9d surəsi).
Dilin törətdiyi bəlalar arasında insan üçün ən təhlükəlisidir Qeybət...
Peyğəmbərimiz (s.ə.s.) buyurub: “Bilirsinizmi, qeybət nədir? Səhabələr cavab verir: “Ən yaxşısını Allah və Rəsulu (s.ə.s) bilər”x9d. Peyğəmbər (s.ə.s): “Qardaşınızın xoşuna gəlmədiyini onun haqqında söyləməkdir”x9d. Səhabələrdən biri sual verir: “Əgər söylədiyim xüsusiyyətlər onda varsa, onda necə?”x9d Allahın Rəsulu (s.ə.s) buyurur: “Əgər söylədiklərin varsa, qeybət etmiş olarsan, əgər yoxdursa, onda ona böhtan atmış olarsan”x9d.
...Yaxşı, bəs günah olduğunu bilə-bilə adamları bu çirkin əmələ vadar edən nədir? Cavab aydındır: Nəfs! Ruhi böhran...
Amma toplumda qəribə və maraqlı bir mənzərə var...
Toplum, adamların çoxu oğurluq edənə, başqasının qız-gəlininə göz dikənə, namussuzluq edənə pis baxsa da, ictimai qınaq olsa da, qeybət edənlərə, dedi-qodu
söyləyənlərə, yayanlara qarşı demək olar, ictimai qınaq yox dərəcəsindədir. Niyə? Doğrusu, bunu anlamıram. Məgər başqası haqqında dedi-qodu söyləmək, yaymaq, qeybət etmək onlardan daha azmı günahdır? Xeyr! Artıq dediyimiz kimi, dinimiz bu işlə məşğul olmağı “ölü qardaşının ətini yeməyə”x9d bənzədirsə, bunun nə qədər böyük günah olduğu ortaya çıxa bilər...
İnsanı narahat edən məqamlardan biri bu cür adamların sayının, onların ədəbsizliyinin getdikcə daha da artması və hətta qeybət və dedi-qodularını sosial şəbəkələrdə belə rahatlıqla aparmasıdır... Biz isə çox vaxt susuruq... Əslində doğru etmirik... Təbii, onlara özləri səviyyəsində cavablar verilməməlidir... Onlara cavab olaraq onlar haqqında dedi-qodu, qeybət etmək və yaymaq elə onların səviyyəsinə düşməkdir. Sufilər deyərdi, əsl sufi başqaları onu qınasa da, töhmətləndirsə də, dedi-qodusunu eləsə də, hətta iftiraya məruz qalsa da... ağzını açıb kiminsə haqqında bir kəlimə pis söz demir...
Bəli, əsl insan belə olmalıdır...
O zaman bu bəlaya qarşı necə mübarizə apara bilərik? Sualın cavabı var, təbii.
Mübarizə apararıq, özü də çox asanlıqla...
Sadəcə istəmək və ilk öncə hər kəsin özündən başlaması vacibdir...
İlk öncə özümüz dedi-qodu və qeybət etməməyə çalışmalıyıq... Hər birimiz özümüzdən başlasaq nəticələri də görə biləcəyik...
Doğrudur insanın dilinə sahib çıxması, zina, oğurluq, sərxoşluq kimi əməllərlə mübarizə aparmaqdan asan deyil... Amma unutmamalıyıq ki, insan tövbə edib qeybətə son qoymazsa, Allahın qəzəbinə gələr. Qiyamət günü onun bütün savabları alınıb, qeybətini etdiyi adama verilər.
Bütün bunları bilən adam Allahdan əməlinə görə bağışlanmasını diləməli, qeybətini etdiyi kəsdən üzrxahlıq etməlidir. Bir də belə əməl tutmayacağına söz verib, nəfsi ilə mübarizə aparmalıdır. Qeybəti olunan kimsə haqqını həlal etmədikcə, qeybət edən günahdan qurtara bilməz. Çünki dedi-qodu etmək qul haqqı deməkdir. Bu isə bağışlanmayan böyük günahlardandır. HÓ™zrÓ™t Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Möminlərin arxasınca danışmaqdan çəkinin. Çünki qeybət və pisliyə danışmaq zinadan ağır günahdır. Zinaya yol verən peşman olub tövbə edir, Allah da onun tövbəsini qəbul edir. Amma qeybət edən şəxs qeybətini etdiyi adamdan halallıq alanadək bağışlanmır”x9d.
İkincisi, bu bəla və bu cür insanlarla mübarizə istiqamətində ictimai qınağı gücləndirməliyik. Artıq “Mənə toxunmayan ilan min yaşasın”x9d düşüncəsindən çıxmalıyıq. Nədənsə bəziləri elə düşünür ki, qeybətə qoşulmadan sadəcə ona qulaq asmaq günah deyil. Amma dinimiz buyurur ki, öz xoşu ilə qeybət edəni dinləyən kəs qeybət etmiş kimidir. Bununla həmsöhbətinin fikrini təsdiqləyir, deməli, qazanılmış günahda onun da payı olur. Deməli, hər birimiz yanımızda dedi-qodu, qeybət edən biri varsa onu dinləməməliyik, imkan verməməliyik bunları danışmasına... Özü də bunu ilk öncə məhz onu günahdan qoruduğumuzu anladaraq etməliyik... “sən indi düşün ki, ölü qardaşının ətini yeyirsən... Mən də səni dinləyərək səninlə bərabər o günaha batıram”x9d deyərək...
Bəli, qeybət, dedi-qodu günahdır, həm də böyük günah...
Üstəlik zamanı da düşünməliyik... O zaman bizdən, ömrümüzdən gedir... Həyat isə onsuz da qısadır. Onun da xeyli bölümünü dedi-qoduya, qeybətə ayırmaq adamın özünün özünə edəcəyi ən böyük pislikdir. Həmin zamanı daha gözəl, daha yararlı işlərə sərf etmək daha yaxşı olmazdımı deyə hər gün mübarizə aparmalıyıq özümüzlə və ətrafımızla... Bir də ki, hər kəs hesab günü məhz özünə görə cavab verəcək. Ona görə də ilk öncə hər birimiz özümüzdən başlamalıyıq...
Elə bu andan, bu saniyədən...
Allah hər kəsi özünün və başqalarının dilinin bəlasından qorusun!