Ukraynadan Azərbaycana gələn qız: "Mənə burada qaçqın statusu veriləcəyini düşünmürəm" - Müsahibə

O, martın 10-dan Azərbaycana gəlib. Ukrayna vətəndaşıdır və orada doğulub böyüyüb, valideynləri isə Naxçıvandandır. Aysel Nağıyeva uzun illər  menecer kimi Ukraynanın bir çox nüfuzlu Otel və Biznes Mərkəzlərində çalışıb. Deyir ki, müharibə məni ailə üzvlərimdən ayrı saldı. “Valideyinlərim, bacım və qardaşım hazırda Ukraynada təhlükə altında yaşayırlar. Əzizlərimin Ukraynada yaşadıqları hər an ölümə bərabərdir”.

- Bəs siz necə oldu ki, Ukraynadan çıxdınız? 

- Mən işimlə əlaqədar olaraq Kiyevdə, ailəm isə Slavutiçdə qalırdılar. Fevralın 24-ü səhər Kiyevə raket düşdü və mən həyacan içində sənədlərimi götürüb evdən çıxdım. Taksi sifariş etmək istədim, amma o anda Kiyevdə bir dənə də taksi tapılmadı. Metroya düşəndə isə orada qarışıq bir izdihamın şahidi oldum. Daha sonra şəhərdə həyəcan siqnalları çalınmağa başladı. Dostlarıma yığdım və onlar mənə bildirdilər ki, müharibə başlayıb. Öncə dostlarımın evinə, sonra Ukraynanın başqa bir şəhərinə, nəhayət günlər sonra Lutska gəlib çatdım. Oradan evakuasiya avtobusu məni Polşa sərhədinə gətirdi. Altı saat gözləyəndən sonra isə Polşaya daxil oldum. Məni Ukraynadan gələn qaçqınlar olan otağa yerləşdirdilər. Otaq çox balaca, adam isə həddindən artıq çox idi. Orada Avropa İttifaqı tərəfindən qaçqınlara dərman, su və  ərzaq paylanılırdı. Valideyinlərini itirmiş körpələr, ərlərini itirmiş qadınların şivənlərini, çığırtılarını görüb eşitmək çox çətin idi.  Daha sonra Varşavaya yollandım. Martın 9-da təyyarə ilə İstanbula, İstanbuldan isə Bakıya gəldim. Hal-hazırda Bakıda bibimgildə yaşayıram.


- Ukraynada müharibə başlaya biləcəyi ilə bağlı öncədən informasiyanız vardı? Demək olar bütün dünya bir müddət öncə bu ehtimaldan danışırdı.

- Nəinki mənim, heç bir Ukrayna vətəndaşının bununla bağlı informasiyaysı yox idi. Dövlət rəsmi və ya qeyri-rəsmi olaraq bu barədə informasiya yaymamışdı.  Ona görə də müharibənin başladığı günə kimi Ukraynada insanlar  rahat və xoşbəxt yaşayırdılar.

- Bəs ailə üzvlərinizin vəziyyəti hazırda necədir? Nə üçün onlar da sizinlə Azərbaycana gəlmədilər?

- Şükürlər olsun ki, hamısı salamatdırlar. Anam və atam 18 yaşlı qardaşımla doğulub böyüdüyüm Slavutiçdə yaşayırlar. Bacım isə tezliklə ana olmağa hazırlaşır. Hamilə bacımın gözü önündə, başı üstündə bombaların partlamasını təsvir etmək olduqca çətindir. Həmçinin bacımın həyat yoldaşı ukraynalıdır və vətəninin müdafiəsi üçün döyüşür. Öz həyat yoldaşına mənəvi dəstəyini ifadə etmək üçün bacım Ukraynada qalmağı seçdi. Bilirsiniz ki, 18 yaşından 62 yaşına kimi kişilərin Ukraynadan çıxmasına qadağa qoyulub. Bundan əlavə atam çox vətənpərvər insandır və o illərdir yaşadığı və vətəndaşı olduğu ölkəni dar ayaqda qoyub qaçmağı heç vaxt qəbul etməz. Anam isə atam və qrdaşımı tək qoyub gəlmək istəmədi. Ailə üzvlərimlə hər gün danışıram. Atamgilin yaşadığı Slavutiç (Çernobla çox yaxın ərazidir) müharibənin ilk günlərində çox da təhlükəli görünmürdü, lakin indi hər gün bombalanır. Hətta valideyinlərimlə telefonla danışanda belə, partlayışların səsini eşidirəm.


- Ukraynada öz işinizə görə kifayət qədər ön sıralarda olan və daim yüksək gəlirli iş təklifi alan bir menecer olmusunuz. İndi Azərbaycandasız, müharibənin nə zaman qurtaracağı isə bilinmir, burada nəyləsə məşğul olmaq fikriniz var? 

- Ukraynada “Biznes Otel” və “Prezident Otel”də işlədiyim zaman oraya gələn azərbaycanlılara tədbirlərin təşkilində, treninqlərdə və s. köməklik göstərirdim və onlar da bir azərərbaycanlı kimi mənim gənc yaşda işimdə qazandığım uğurlara görə bəzən sevinir, bəzən də təəccüblənirdilər. Həmin illərdə də Azərbaycandan iş təklifləri almağa başladım, lakin ailə üzvlərimə daha yaxın olmaq üçün orada qalmağa üstünlük verdim. Bilik və bacarığımı bölüşməkdən heç zaman çəkinməmişəm. Ələxsus, bu çətin günlərdə mənə qucaq açan ana vətənim üçün daha şövqlə işləyərəm, amma bu günlərdə bunu etməyim mümkün deyil. Ailə üzvlərimin həyatı təhlükə altında olduğu bir məqamda, böyüdüyüm ölkədə müharibə olduğu bir şəraitdə bütün düşüncələrim məhz Ukraynaya doğru köklənib. Tezliklə müharibə bitdikdən sonra isə təbii ki, burada öz işimə motivasiya ola bilərəm. Maraqlı iş təkliflərinə də açığam. 

- Söylədiniz ki Ukrayna vətəndaşısınız. Bəs burada hansı şərtlər altında qalacaqsınız?  Ukraynadan ölkəmizə gələn qaçqın kimi, yoxsa...

- Azərbaycan mənim valideyinlərimin doğulub böyüdüyü ana vətənimdir. Biz adətən evdə Azərbaycan dilində danışardıq ki, milli kimliyimizi unutmayaq.  Danışığımda bəzi qüsurlar olsa da, əslən azərbaycanlı olduğumu heç vaxt unutmamışam, əksinə bununla fəxr etmişəm. Məhz bu səbəblə də məni burada qaçqın kimi qeydiyyata alacaqlarını düşünmürəm. Düzü buradakı qanunlara bələd deyiləm, ona görə mənə hansı status verəcəkləri sual altındadır. Azərbaycana gəldiyim ilk günlərdə könüllü olaraq miqrasiya xidmətinə yaxınlaşıb qeydiyyata düşmüşəm. Sonra nə olacağını isə zaman göstərəcək.

- Burada kimiləsə həyatnızı bağlamaq fikriniz varmı? Bəlkə gələcəkdə evlənib burada yaşamalı oldunuz...

- Niyə də yox?! Burada qalıb ailə qura bilərəm (Gülür).

Amma həyatımın necə və harada davam edəcəyini zaman göstərəcək. Amma qarşı tərəfə münasibətə gəlincə isə azərbaycanlı oğlanlar mərd, sədaqətli və cəsurdurlar. Bunu mən Ukraynada apardığım müşahidələrdə görmüşdüm. 44 günlük Vətən müharibəsində isə bütün dünya onların igidliyinin şahidi oldu.


Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Tovuzda heyvan bazarı nə vaxt açılacaq? — VİDEO

Tovuzda heyvan bazarı nə vaxt açılacaq? — VİDEO

Sankt-Peterburqda bu ölkə liderlərinə mükafat veriləcək

Sankt-Peterburqda bu ölkə liderlərinə mükafat veriləcək

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

Əkin sahələrində rəqəmsal nəzarət - “Made in Azerbaijan” brendi əl-əl axtarılacaq

Əkin sahələrində rəqəmsal nəzarət - “Made in Azerbaijan” brendi əl-əl axtarılacaq

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Coşqun Rəhimova ağır itki!

Coşqun Rəhimova ağır itki!

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

End of content

No more pages to load

RADİO