Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova açıqlayıb.

Onun sözlərinə görə, sinklə zəngin qidalar sırasında balıq, noxud, qarabaşaq, mərcimək, qoz və fındıq yer alır:

"C vitamini ilə zəngin portağal, kivi, pomidor, bibər və digər meyvə-tərəvəzlərin uşaqların qida rasionunda üstünlük təşkil etməsi tövsiyə olunur. Bağırsaq mikroflorasını dəstəkləmək üçün kefir, qatıq və digər fermentləşdirilmiş süd məhsullarından istifadə etmək faydalıdır. Omeqa-3 yağ turşuları ilə zəngin balıq növlərinə somon, skumbriya və siyənək aiddir. Bu məhsullar uşağın sağlam inkişafı üçün faydalı qida mənbələridir. Bundan əlavə, uşağın gün ərzində kifayət qədər su qəbul etməsi, meyvə-tərəvəz və digər faydalı qidaların balanslı şəkildə rasiona daxil edilməsi vacibdir".

G.Salehova bildirib ki, immuniteti dəstəkləməyin ən əsas yolu balanslaşdırılmış və sağlam qidalanmadır:

"Meyvə, tərəvəz, zülal və sağlam yağlar da daxil olmaqla, vitamin və minerallarla zəngin qidalar, eləcə də təmiz havada fiziki aktivlik immun sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bundan əlavə, müntəzəm yuxu uşaqların orqanizminə istirahət verir və immun sistemini dəstəkləyir. Stresin idarə edilməsi, sevgi dolu mühit və təmiz yaşayış sahəsi də immun sisteminin sağlam fəaliyyətinə kömək edir".

Pediatr qeyd edib ki, xəstə uşağın məktəbə və ya bağçaya qayıtması xəstəliyin növündən və uşağın ümumi vəziyyətindən asılıdır:

"Uşağın hərarəti varsa, ümumi vəziyyəti yaxşı deyilsə, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək, qusma və ya ishal kimi əlamətləri davam edirsə, onu məktəbə və ya bağçaya göndərmək düzgün deyil. Uşaq ən azı 24 saat ərzində hərarətsiz olduqda, hərarətsalıcı dərman qəbul etmədən özünü yaxşı hiss etdikdə və gündəlik fəaliyyətlərdə iştirak edə bildikdə kollektivə qayıda bilər. Bəzi infeksion xəstəliklər zamanı isə məktəbə və ya bağçaya qayıtmaq üçün daha uzun müddət tələb oluna bilər. Bu halda həkimin tövsiyəsi nəzərə alınmalıdır". (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi - VİDEOREPORTAJ

Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi - VİDEOREPORTAJ

Uşaqlıqda formalaşan bu vərdiş beyni dəyişdirir - Xəstəliklərin qarşısını alır

Uşaqlıqda formalaşan bu vərdiş beyni dəyişdirir - Xəstəliklərin qarşısını alır

2027-ci il üçün dünyanın ən yaxşı istirahət məkanları açıqlandı

2027-ci il üçün dünyanın ən yaxşı istirahət məkanları açıqlandı

Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır

Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır

Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO

Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO

Formula 1 zamanı klassik avtomobillərin sərgisi keçirilir – FOTO

Formula 1 zamanı klassik avtomobillərin sərgisi keçirilir – FOTO

Rassell ikinci sərbəst yürüşdə də birinci oldu

Rassell ikinci sərbəst yürüşdə də birinci oldu

Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA

Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı AÇIQLANDI

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı AÇIQLANDI

3 qadın botoksdan sonra xəstəxanaya yerləşdirildi: Danışmaqda və görməkdə çətinlik çəkirlər – FOTO/VİDEO

3 qadın botoksdan sonra xəstəxanaya yerləşdirildi: Danışmaqda və görməkdə çətinlik çəkirlər – FOTO/VİDEO

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR Yeni yol nə vaxt açılır?

Strateji valyuta ehtiyatlarımızın həcmi AÇIQLANDI

Strateji valyuta ehtiyatlarımızın həcmi AÇIQLANDI

Güclü külək və yağışla bağlı daha bir XƏBƏRDARLIQ

Güclü külək və yağışla bağlı daha bir XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanı Teslaya meydan oxudu: Gələcəyin möhtəşəm elektrik avtomobili – FOTO-VİDEO

Səudiyyə Ərəbistanı Teslaya meydan oxudu: Gələcəyin möhtəşəm elektrik avtomobili – FOTO-VİDEO

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN

Zakir İbrahimov: "10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib”

Zakir İbrahimov: "10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib”

Qazaxda daha bir açıq ərazidə yanğın – VİDEO

Qazaxda daha bir açıq ərazidə yanğın – VİDEO

Bəzi magistral yollarda görünüş məsafəsi məhdud olacaq

Bəzi magistral yollarda görünüş məsafəsi məhdud olacaq

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Babək rayonunun icra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Babək rayonunun icra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin ƏSAS PRİORİTET istiqamətləri

Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin ƏSAS PRİORİTET istiqamətləri

Cəmiyyəti hicabdan uzaqlaşan İranın Azərbaycanda təbliğat CƏHDİ

Cəmiyyəti hicabdan uzaqlaşan İranın Azərbaycanda təbliğat CƏHDİ

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş BAŞLADI

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş BAŞLADI

End of content

No more pages to load

RADİO