Xəstəxanaların AKKREDİTASİYASI BAŞLAYIR – Yüksək qiymətlər də tənzimlənəcək? – RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tibb müəssisəsinin fəaliyyətinin müəyyən edilmiş akkreditasiya meyarlarına uyğunluğunun qiymətləndirilməsini həyata keçirir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qiymətləndirilmə zamanı tibb müəssisəsinin akkreditasiya meyarlarına “uyğundur”, “əsasən uyğundur”, “qismən uyğundur” və “uyğun deyil” hesab edilməsi barədə qərarlardan biri qəbul edilir. Tibb müəssisəsi akkreditasiya meyarlarına “uyğundur” hesab edildikdə birinci dərəcəli akkreditasiya şəhadətnaməsi, “əsasən uyğundur” hesab edildikdə ikinci dərəcəli akkreditasiya şəhadətnaməsi, “qismən uyğundur” hesab edildikdə üçüncü dərəcəli akkreditasiya şəhadətnaməsi verilir.

Bu şəhadətnamələr tibb müəssisələrinə 5 (beş) il müddətinə verilir.

Tibb müəssisəsinin akkreditasiya meyarlarına “uyğun deyil” hesab edilməsi halında tibb müəssisəsindəki (və ya müvafiq tibbi xidmət (iş) növü üzrə) pasiyentlər digər tibb müəssisələrinə köçürülür və müəssisəyə (və ya tibbi xidmət (iş) növü üzrə) yeni pasiyent qəbulunun dayandırılması və tibb müəssisəsinin 1 (bir) ildən sonra təkrar akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edilir.

Xəstəxanaların akkreditasiyası zamanı hansı əsas meyarlar qiymətləndiriləcək?
 

Mərkəzin məlumatına görə, tibb müəssisələrinin fəaliyyətinin akkreditasiya meyarlarına uyğunluğu aşağıdakı istiqamətlər üzrə qiymətləndirilir:


- tibb müəssisələrində göstərilən tibbi xidmət və işlərin müvafiq olaraq dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin nizamnamələrinə və özəl tibb müəssisələrinin lisenziyasının əlavəsinə uyğunluğu;

- tibb müəssisəsinin fəaliyyətinin təşkili (növbətçiliyin müəyyən edilməsi, müəssisənin dərman və tibb vasitələri ilə təchizatı və onlara dair daxili sənədləşmənin aparılması, tibbi qeydiyyat sənədlərinin, tibbi tullantıların idarə olunması işinin təşkili ilə bağlı sənədlərin yoxlanılması və s.);

- tibb müəssisəsinin kadr potensialının göstərilən tibbi xidmət və işlərin növ və həcminə uyğunluğu;

- tibb müəssisəsində tibbi statistik məlumatların toplanılması, saxlanılması və hesabatların hazırlanması;

- müəssisədaxili sanitariya-gigiyena tələblərinə əməl edilməsi, tibbi tullantıların toplanılması, müvəqqəti saxlanılması və daşınması, dərman vasitələrinin, qanın və qan komponentlərinin saxlanılması və istifadəsi;

- tibbi profilaktika, müayinə, müalicə, reabilitasiya və digər tibbi prosedurlar, həmçinin pasiyentlərə göstərilən digər xidmətlər (xəstələrin daşınması, yerləşdirilməsi, qidalanması (pəhrizə riayət olunması));

- ölçmə funksiyalı tibbi cihazların, səhiyyə sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə nəzərdə tutulan ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipinin təsdiq edilməsi və yoxlamadan keçirilməsi.

Akkreditasiyanın tibb xidmətlərinin qiymətlərinə və vətəndaşların ödədiyi xidmət haqlarına təsiri olacaq?

Açıqlamada vurğulanıb ki, akkreditasiyanın əsas məqsədi tibbi xidmətlərin qiymətlərini müəyyən etmək və ya tənzimləmək deyil, tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin və pasiyent təhlükəsizliyinin müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirməkdir.
 

Eyni zamanda, akkreditasiya tibb müəssisələrini xidmətlərin daha səmərəli təşkili, risklərin azaldılması, resurslardan düzgün istifadə və keyfiyyət idarəetmə sistemlərinin təkmilləşdirilməsinə təşviq edir. Uzunmüddətli perspektivdə bu yanaşma tibbi səhvlərin, qarşısı alına bilən fəsadların və keyfiyyətsiz xidmət nəticəsində yaranan əlavə xərclərin azalmasına töhfə verə bilər.


Qeyd edək ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin akkreditasiyası hər 5 (beş) ildən bir həyata keçirilir. Akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə verilir. Yeni təsis edilmiş tibb müəssisəsinin akkreditasiyası onun fəaliyyətə başladığı (özəl tibb müəssisələrinə münasibətdə isə lisenziya aldığı) tarixdən 5 il sonra həyata keçirilir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

End of content

No more pages to load

RADİO