BİZİM TƏQVİM:25 iyulda baş vermiş tarixi hadisələr

Osmanlı padşahı Sultan Səlim Yavuz Misir səfərindən düz 2 il 2 ay sonra – 1518-ci ilin 25 iyulunda paytaxt İstanbula döndü. Qeyd edək ki, Osmanlı tarixinin ən uzun hərbi səfəri olan Misir yürüşü nəticəsində imperatorluğun sərhədləri iki qat çox genişlənib. 

Bəs, iyulun 25-də dünyada daha hansı hadisələr baş verib?

1. 25 iyul 1567-ci ildə Venesuelanın paytaxtı Karakas şəhərinin əsası qoyulub. Ərazisi 440 kvadratkilometr olan şəhərin əhalisinin sayı 3 milyon 50 mindən çoxdur.

2. 1814-cü ilin bu günündə məşhur ingilis ixtiraçısı Corc Stivenson parovozun ilk sınağını həyata keçirib. İlk vaxtlarda parovozlar əsasən kiçik küçələrdə işləyirdi və mədənlərə, bir sıra müəssisələrə xidmət göstərirdi. Getdikcə daha müasir parovozların hazırlanması və istifadəyə verilməsi yeni dəmir yolu xətlərinin çəkilişini zərurətə çevirdi.

3. 1826-cı il 25 iyulda Rusiyanın inqilabi hərəkat tarixində mühüm yer tutan məşhur Dekabristlər üsyanının 5 əsas rəhbəri – Pestel, Muravyov-Apostol, Bestujev-Ryumin, Rılayev və Kaxovski edam edildilər.

4. 25 iyul 1942-ci ildə alman və sovet qoşunları arasında Qafqaz uğrunda döyüşlər başlandı. Hitler ordusu Bakı və Qroznının neft rayonlarını ələ keçirməyə çalışdılar. Lakin onların qarşısını almaq mümkün oldu.

5. 25 iyul 1943-cü ildə İtaliyada faşizm ideologiyasını reallaşdıran Milli Faşist Partiyasının lideri Benito Mussolini çevriliş nəticəsində devrilib və həbs edilib. O, 1922-ci ildən hakimiyyətdə olub.

6. Papa VI Paulus 1967-ci ilin 25 iyulunda Türkiyəyə qeyri-rəsmi səfərə gəldi. Dövrün ölkə başçısı Cövdət Sunay və baş nazir Süleyman Dəmirəl tərəfindən qarşılanan Papanın Fənər Rum Patriarxlığı olan Afinaqoru (Athenegoras) ziyarət etməsi 913 ildir davam edən katolik-ortodoks kilsələri arasındakı incikliyi sona çatdırdı.

7. 25 iyul 1975-ci ildə Türkiyə, İncirlikdən başqa, bütün Amerika hərbi bazalarına əl qoydu. Bu qərar ABŞ hökumətinin Qıbrız (Kipr) Barış Hərəkatına qarşılıq Türkiyəyə silah və kredit embarqosu qoymasına görə alınmışdı. ABŞ-ın 6 oktyabrda embarqoları qaldırması ilə Türkiyə həmin bazaların yenidən istifadəsinə icazə verdi.

8. 25 iyul 1984-cü ildə Sovet kosmonavtı Svetlana Savitskaya açıq kosmosa uçuşu həyata keçirib. O, Valentina Tereşkovadan sonra kosmosa uçan ikinci qadın, açıq kosmosa çıxan ilk qadın olub.

25 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün Sovet operettasının yaradıcılarından biri olan məşhur rus bəstəkarı İsaak Dunayevskinin xatirə günüdür.  Xarkov Konservatoriyasını bitirən (1919) bəstəkar bir çox dram əsərinə musiqi yazıb, mahnı-valslar, 4 balet, estrada əsərləri, bir neçə bədii filmə musiqi bəstələyib. (1900-1955)

2. 25 iyul Rusiya və keçmiş SSRİ-nin məşhur estrada müğənnisi, gitara ifaçısı, şair və aktyor Vladimir Vısotskinin xatirə günüdür. Daha çox öz şeirlərinə yazdığı yüzlərlə mahnının müəllifi kimi tanınan V.Vısotskinin bir meçə nəsr əsəri də var. O həm də kinoaktyor və rejissor kimi də fəaliyyət göstərib. (1938-1980)

3. Osmanlı-Türk tarixi üzrə araşdırmaları dünya tərəfindən tanınan Türkiyə tarixçisi professor Xəlil (Halil) İnalcık 2016-cı ilin bu günü 100 yaşında həyatdan köçüb. Əsərləri bir çox xarici dilə tərcümə edilən X.İnalcıkı "Tarixçilərin qütbü" adlandırmışlar. (1916-2016)

4. 25 iyul 1935-ci ildə şair, publisist, Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935-2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Lirik şeirləri ilə yanaşı, uşaqlar üçün mənzum nağılların da müəllifidir.

5. 25 iyul 1935-ci ildə  nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyevdən Böyük Qayıdışla bağlı ŞAD XƏBƏR

İlham Əliyevdən Böyük Qayıdışla bağlı ŞAD XƏBƏR

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

Dövlət başçısı: “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik”

Dövlət başçısı: “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik”

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Prezident: “İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq”

Prezident: “İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq”

Azərbaycan Prezidenti: “Müasir ideoloji işlər aparılmalıdır”

Azərbaycan Prezidenti: “Müasir ideoloji işlər aparılmalıdır”

SON DƏQİQƏ! Sumqayıtda məktəbdə 14 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Sumqayıtda məktəbdə 14 şagird ZƏHƏRLƏNDİ - VİDEO

İlham Əliyev: “Biz təkbaşına dünyada misli görünməmiş Qələbə qazanmışıq”

İlham Əliyev: “Biz təkbaşına dünyada misli görünməmiş Qələbə qazanmışıq”

Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da”

Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da”

End of content

No more pages to load

RADİO