Ağdamın Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında faciəli hadisə baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, ilkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə çimərkən suda batıb.
Hadisə yerinə FHN-in dalğıc-axtarış qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media