Qənirə Paşayeva Çorumda erməni təxribatlarından danışıb

Millət vəkili Qənirə Paşayeva Çorum Məclisində çıxış edərək millət vəkillərinə Ermənistanın bölgədəki təxribatlarından danışıb.   
 Çorum Məclisində millət vəkilləri qarşısında çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycan, müxtəlif sahələrdə əldə etdiyi uğurlar, Azərbaycanın qardaş Türkiyə ilə münasibətlərə hər zaman verdiyi böyük önəm, birgə həyata keçirilən böyük layhələr və onların ölkələrimiz və birliyimizin daha da güclənməsindəki böyük rolu barədə geniş məlumat verib və  bu cür toplantıların əhəmiyyətini xüsusi vurğulayaraq Çorum Məclisinə və millət vəkillərinə onu dəvət etdikləri və xalqın iradəsinin təmsil olunduğu məclisdə ona çıxış verdikləri üçün təşəkkürünü bildirib. Qarabağ münaqişəsi barədə geniş çıxış edən millət vəkili Qənirə Paşayeva  harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün daha çox və daha fəal  çalışmalı olduğunu dilə gətirib. Ermənistanın 20 ildən artıqdır ki, bütün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayaraq  işğalı davam etdirməsi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evinə dönə bilməməsi, yaşadıqları böyük ağrı və acılar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, dağıtdıqları camilər, tarixi və mədəbi abidələr, qəbirstanlıqlarımız barədə, girov götürdüyü insanlarımıza qarşı törətdikləri insanlıqdan kənar əməllər və son günlər girov götürdükləri azərbaycanlılara ”“ Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklərdən geniş danışaraq bu ağrı və acılar hər bir türk insanını ciddi narahat etməlidir deyib. “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır. Hər bir türk insanı özünü Qarabağlı da hiss etməlidir. Çünki Qarabağ problemi təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının problemidir deyib”x9d. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var ”“ birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”x9d. O bildirib ki, Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində fəaliyyət göstərməsi çox vacibdir. Çıxışı zamanı Qənirə Paşayeva örnək olaraq aydınlarımız bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin  daha yaxşı bilməsinə çalışmalıyıq.  Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik  deyib. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük  dəstək olmalıyıq. İnşallah, gələn dəfə bu cür tədbirləri  birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda  keçirək”x9d, ”“ deyən millət vəkili çıxışının sonunda Çorum Məclisinə  rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan  həqiqətləri”x9d filmləri kataloqunu, Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablar, materiallar, sənədli filmlər və Azərbaycan bayrağı hədiyyə edib. Millət vəkili bəzi xarici güclər və dövlətlər  tərəfindən üsəlman dünyasına, türk dünyasına atılan böyük oyundan, məzhəb qarşıdurmasını yaratmaq kimi çirkin niyyətlərdən də danışıb və biz bizə böyük acılar yaşada biləcək bu cür çirkin oyunların hamımız daha çox fərqində olmalı və bundan yararlanmaq istəyən xarici güc və dövlətlərə arzularına çatmaq imkanı verməməliyik. Bu barədə öz fikirlərini geniş bölüşən millət vəkili Qənirə Paşayeva zaman birlik və bərabərlik və güclənmək zamanıdır. Bunu istəməyənlərin arzusunu ürəyində qoymaq zamanıdır deyib. Millət vəkili Qənirə Paşayeva millət vəkillərini maraqlandıran sualları da cavablandırıb. Millət vəkilləri çıxışı və suallara səmimi cavabı üçün Qənirə Paşayevaya təşəkkürlərini bildirərək bundan sonra Azərbaycan-Türkiyə qardaşllığı və əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində səylərini daha da artıracaqlarını bildiriblər. Onlar millət vəkili Qənirə Paşayevanın Azərbaycana dəvət ziyarətini böyük məmnuniyyətlə qəbul edərək sevdiyimiz qardaş Azərbaycanı daha da yaxından tanımaqdan böyük mutluluq duyarıq deyərək Azərbaycana salamlarını göndəriblər. Çıxışının sonunda  millət vəkili Qənirə Paşayeva  Çorum Məclisinə Azərbaycan həqiqətlərinin, Qarabağ problemi, Xocalı Soyqırımını özündə əks etdirən kitabları,materialları, filmləri,müəllifi olduğu kitabları və musiqi albomlarını hədiyyə edib. O, həmçinin həmmüəllifi olduğu  və Türkiyə türkcəsində nəşr olunmuş “ Hocalı  Soykırımı tanıkların dilindən”x9d kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri”x9d filmləri kataloqunu da televiziyaya və proqramın yaradıcı heyətinə hədiyyə edib.










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

Kərim Xan vəzifəsindən çıxarılmasına etiraz edəcək - Putinə görə BAŞI BƏLADA

Vens: “Vaşinqton və Tehran arasında münaqişə yenidən kəskinləşə bilər”

Vens: “Vaşinqton və Tehran arasında münaqişə yenidən kəskinləşə bilər”

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

End of content

No more pages to load

RADİO