Moskva vilayətində səhər erkən saatlarda partlayış səsləri eşidilib.
Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, Moskva meri Sergey Sobyanin paytaxt regionuna pilotsuz uçuş aparatları ilə hücum edildiyini bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri tərəfindən 50-dən çox PUA məhv edilib.
Monitorinq kanallarının yaydığı görüntülərdə bir sıra obyektlərin vurulduğu görünür.
Dağıntı və tələfatla bağlı hələlik məlumat verilməyib.
Bizim.Media