Alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər

Osaka Metropoliten Universitetinin professor Hiroaki Kanouçinin rəhbərlik etdiyi elmi qrupu suda həll olunan vitaminlərin çatışmazlığı ilə xroniki yorğunluq sindromunun yaranması arasında qarşılıqlı əlaqə müəyyən edib.

Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri "Medical Xpress" jurnalında dərc olunub.

Alimlər fol turşusu (B9) və B12 vitamini çatışmazlığının insanın ümumi rifahı ilə birbaşa korrelyasiyaya malik olduğu barədə fərziyyə irəli sürüblər. Tədqiqatın əsas obyekti homosistein olub – bu, qanda səviyyəsi qeyd olunan maddələrin qeyri-kafi qəbulu zamanı yüksələn biomarkerdir. Eksperimentə Yaponiyanın 600-ə yaxın sağlam sakini cəlb edilib, onlardan qan analizləri götürülüb, həmçinin xüsusi şkalalar vasitəsilə motivasiya və yorğunluq dərəcələri müəyyən edilib.

Analizin nəticələri göstərib ki, homosistein konsentrasiyası yüksək olan iştirakçılarda cinsindən asılı olmayaraq, B12 və B9 vitaminlərinin səviyyəsi davamlı olaraq aşağı qeydə alınıb. Bununla belə, kişilərdə və qadınlarda yorğunluğun təzahür forması fərqli olub. Kişilərdə biomarkerin yüksək göstəriciləri fiziki tükənmə ilə əlaqələndirildiyi halda, qadınlarda qida maddələrinin çatışmazlığı motivasiyanın düşməsində özünü büruzə verib.

"Sağlam insanlarda B12 vitamini, fol turşusu və yorğunluq arasında aşkar edilən bu qarşılıqlı əlaqə, yəqin ki, ilk bu cür elmi müşahidədir", - Kanouçi bildirib.
 

Tədqiqat qrupunun rəhbəri izah edib ki, tibb praktikasında homosisteinin səviyyəsi ənənəvi olaraq yalnız ürək-damar patologiyaları, demans və sümük sınıqları riskləri ilə əlaqədar qiymətləndirilirdi. O qeyd edib ki, yeni məlumatlar gələcəkdə yorğunluq və motivasiya göstəricilərinin də nəzərə alınmasının vacibliyinə dəlalət edir.


Homosistein konsentrasiyasının artmasının qarşısını almaq üçün B12 vitamini və fol turşusu çatışmazlığına yol verməmək prinsipial əhəmiyyət kəsb edir. Kanouçinin sözlərinə görə, daimi olaraq balanslaşdırılmış pəhriz saxlamaq həlledici rol oynayır.

Analiz zamanı tədqiqatçılar insanın ümumi vəziyyətinə təsir göstərən digər amilləri, o cümlədən sınaqdan keçənlərin yaşını, yuxu müddətini, iş yükünün intensivliyini və qidalanma vərdişlərini də nəzərə alıblar. Müəlliflər vurğulayıblar ki, müasir cəmiyyət şəraitində xroniki yorğunluq problemi sırf fərdi məsələ çərçivəsindən kənara çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

End of content

No more pages to load

RADİO