Uşaqları əzizləyərək danışdırmaq haqqında mifə son qoyuldu

Körpələrlə "şirin-şirin" və ya əzizləyərək danışmaq onların nitq inkişafını ləngitmir, əksinə, struktur qavrayışını daha da yaxşılaşdırır. Bundan əlavə, belə bir ünsiyyət metodu valideynlə uşaq arasındakı emosional bağı möhkəmləndirməyə kömək edir.

Bizim.Media xəbər verir ki, bu barədə Kolorado Boulder Universitetinin dilçilik üzrə baş elmi işçisi Karen Ştoltsnou "The Conversation" nəşrinə müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, bəzən valideynlərə uşaqlarla ünsiyyətdə kiçiltmə-əzizləmə formalarından qaçmaq tövsiyə olunur. Çünki sadələşdirilmiş ünsiyyət tərzinin uşaqları çaşdıracağı və ya nitqin inkişafını ləngidəcəyi düşünülür. Lakin reallıqda bu cür danışıq forması uşaqların dili daha yaxşı mənimsəməsinə dəstək olur.
 

"Məsələn, "Bax gör necə qəşəng itdir!" kimi şişirdilmiş cümlələr körpələri çaşdırmır. Əksinə, bu cür ifadələr onların diqqətini çəkir, nitqdəki qanunauyğunluqları kəşf etməyə və sosial əlaqələri gücləndirməyə kömək edir", - deyə alim izah edib.


K.Ştoltsnou həmçinin qeyd edib ki, valideynlər övladları ilə danışarkən əslində həqiqi sözlərdən və qrammatik cəhətdən düzgün cümlələrdən istifadə edirlər. Sadəcə bunu yüksək səs tonu, uzadılmış saitlər və yavaşladılmış ritmlə - bir növ "musiqili səs tonu" ilə edirlər. Bu isə uşağın diqqətini dilin məzmununa və quruluşuna effektiv şəkildə cəlb etməyə imkan yaradır, sözlər arasındakı sərhədləri daha aydın hiss etməyə və qrammatik qaydaları tanımağa kömək göstərir.

Tələffüzdəki səhvlər və bəzi qüsurlar isə uşaqlar böyüdükcə təbii şəkildə aradan qalxır.

"Bütün mədəniyyətlərdə böyüklər instinktiv olaraq körpələrlə "uşaq dili"ndə danışırlar. Hətta heç vaxt əzizləyici tonda danışmayacağına söz verənlər belə uşaqları görəndə çox vaxt dözə bilmirlər. Tədqiqatçılar müəyyən ediblər ki, körpələr məhz valideynlərin bu cür xüsusi danışığına daha çox diqqət yetirirlər", - deyə mütəxəssis dəqiqləşdirib.

Maraqlıdır ki, bu cür ünsiyyət tərzi təkcə insanlara xoş gəlmir. Araşdırmalar göstərib ki, hətta pişiklər də onlarla "şirin" tonda danışıldıqda daha müsbət reaksiya verirlər. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

End of content

No more pages to load

RADİO