Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır

İlin yalnız müəyyən dövrlərində tapılan bu xüsusi ot həm ləzzəti, həm də faydaları sayəsində bir çox insanın piştaxtalarda ilk axtardığı məhsullar sırasındadır.

Bizim.Media xəbər verir ki, qanqal bahar aylarının gəlişi ilə yenidən bazarlarda görünməyə başlayıb. İlin yalnız qısa bir dövründə yetişən bu bitki şəfa mənbəyi hesab olunur.

Xüsusilə mart, aprel və may aylarında toplanan qanqal bölgələrindəki kənd yerlərində təbii olaraq bitir. Tikanlı quruluşuna görə toplanması olduqca zəhmətli olan bu bitki səhər tezdən tarlalardan və dağ yamaclarından tək-tək yığılır. Bu səbəbdən də bazarlarda onu hər vaxt tapmaq asan olmur.

Faydaları nələrdir?

Mütəxəssislərin fikrincə, bu bitki lif baxımından olduqca zəngindir. Bu xüsusiyyəti sayəsində həzm sisteminin müntəzəm işləməsinə kömək edir və ağır yeməklərdən sonra mədəni rahatladır.

Uzun müddət toxluq hissi verdiyi və aşağı kalorili olduğu üçün pəhriz siyahılarında tez-tez yer alır.

Tərkibindəki C vitamini, kalium və antioksidantlar sayəsində bədənin müqavimətini artırır. Xalq arasında bu otun qaraciyər fəaliyyətini dəstəklədiyi və bədəndəki ödemi (şişkinliyi) atmağa kömək etdiyi bilinir.
 

Mütəxəssislər xəbərdarlıq edir ki, hər bir qidada olduğu bura da həddindən artıq istehlakdan qaçmaq lazımdır.


Qanqalın ən çətin tərəfi təmizlənmə mərhələsidir. Tikanlı xarici qabığına görə diqqətlə ayıklanmalı və bol su ilə bir neçə dəfə yuyulmalıdır. Yeməklərdə adətən onun kök hissəsi və yumşaq gövdəsi istifadə olunur.

Bu ot ən çox quzu əti ilə bişirilir. Lakin zeytun yağı ilə hazırlanan forması da çox sevilir. Soğanla qovrulduqdan sonra üzərinə limon sıxılaraq bişirilən qanqal süfrəyə qatıqla birlikdə verilə bilər. Bəzi insanlar isə onu qaynadaraq salatlara qatır və ya yumurta ilə qovurmasını hazırlayır. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qurumlarda çalışanların çoxu qadınlardır – SİYAHI

Bu qurumlarda çalışanların çoxu qadınlardır – SİYAHI

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib - FOTO

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib - FOTO

ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi – FOTO

ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi – FOTO

Ukraynada azərbaycanlı meri bıçaqlayan fermer SAXLANILDI

Ukraynada azərbaycanlı meri bıçaqlayan fermer SAXLANILDI

Tramp İranla bağlı son qərar vermək üçün iclas KEÇİRİR

Tramp İranla bağlı son qərar vermək üçün iclas KEÇİRİR

Yerin fırlanma sürəti dəyişir

Yerin fırlanma sürəti dəyişir

Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır

Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır

Azərbaycanda manatla geniş pul kütləsi ARTIB

Azərbaycanda manatla geniş pul kütləsi ARTIB

Azərbaycanlı futbolçunun transfer qiyməti məlum oldu

Azərbaycanlı futbolçunun transfer qiyməti məlum oldu

Murad Dadaşov oğluna TOY EDİR

Murad Dadaşov oğluna TOY EDİR

Dünyanın ən işlək beynəlxalq hava limanı həmişəlik bağlanacaq: Nə baş verir?

Dünyanın ən işlək beynəlxalq hava limanı həmişəlik bağlanacaq: Nə baş verir?

Bakıda "Chevrolet"lə "avtoşluq" etdi, tutuldu – VİDEO

Bakıda "Chevrolet"lə "avtoşluq" etdi, tutuldu – VİDEO

Alsunun şirkəti bağlandı

Alsunun şirkəti bağlandı

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəldi – FOTO

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəldi – FOTO

Alçanın bu xeyrini bilirdiniz?

Alçanın bu xeyrini bilirdiniz?

Son 10 ilin ən yaxşı 5 serialı

Son 10 ilin ən yaxşı 5 serialı

Türkiyədə ZƏLZƏLƏ baş verdi

Türkiyədə ZƏLZƏLƏ baş verdi

"Bağda gördüyüm ilanı öpüb tumarladım"

"Bağda gördüyüm ilanı öpüb tumarladım"

“Qarabağ” “Srvena Zvezda”nın hücumçusu ilə danışıq aparır

“Qarabağ” “Srvena Zvezda”nın hücumçusu ilə danışıq aparır

SON DƏQİQƏ! Türkiyədə turist gəmisi batdı – VİDEO

SON DƏQİQƏ! Türkiyədə turist gəmisi batdı – VİDEO

Sumqayıtda ağır QƏZA: Xəsarət alanlar var – VİDEO

Sumqayıtda ağır QƏZA: Xəsarət alanlar var – VİDEO

Cəmi 1 ilə məhsul verir - Qazancı milyonlarladır

Cəmi 1 ilə məhsul verir - Qazancı milyonlarladır

Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi – FOTO

Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi – FOTO

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

End of content

No more pages to load

RADİO