Türkiyənin Ardahan vilayətinin Göle rayonunda iki gün əvvəl itkin düşən 53 yaşlı H.K.-nin cansız bədəni tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Gedik kəndində yaşayan qadının körpü yaxınlığında yoxa çıxması və suya düşmə ehtimalı ilə bağlı yaxınları dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Əraziyə dərhal AFAD, jandarma və tibb qrupları cəlb olunub.
Aparılan axtarış tədbirləri nəticəsində bədbəxt hadisənin qurbanı olan qadının cəsədi körpüdən təxminən 2 kilometr uzaqlıqda, çayda aşkar edilib.
Faktla bağlı araşdırma başladılıb.
Bizim.Media