Nüyvər Nəsrullayev vəfat etdi –FOTO

Görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Gəncə Dövlət Universitetinin fəxri professoru Nüyvər Loğman oğlu Nəsrullayev vəfat edib.

Bizim.Media konkret.az-a istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetinin fəxri professoru uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Nüyvər Nəsrullayev 1939-cu ilin martın 8-də Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

O, 1958-ci ildə Nuxa rayonu Oxud kənd orta məktəbini qızıl medalla bitirib.

Nüyvər Nəsrullayev 1958–1962-ci illərdə o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakultəsində təhsil alıb və institutu fərqlənmə diplomu ilə bitirib.

O, 1969–1972-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında oxuyub, 1974-cü ildə Kazan Dövlət Universitetində professor Şirokovun rəhbərliyi ilə “Psevdoevklid fəzasının diferensial həndəsəsi haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
 

Onun elmi fəaliyyəti əsasən diferensial həndəsə və psevdoevklid fəzalarının tədqiqi ilə bağlı olub. Nüyvər Nəsrullayevin gərgin elmi-pedaqoji fəaliyyəti olub. O, ömrünü elmə, təhsilə və gənc nəslin yetişdirilməsinə həsr etmiş ziyalılardan olub.


Nüyvər Nəsrullayev 1962 – 1964-cü illərdə Nuxa rayonunun Cəyirli kənd məktəbində, 1964 – 1966–cı illərdə isə Nuxa şəhər 2 nömrəli orta məktəbində fizika və riyaziyyat müəllimi vəzifəsində çalışıb.

O, uzun illər ərzində Gəncə Dövlət Universitetində müəllim, dosent, kafedra müdiri, fakultə dekanı, prorektor kimi çalışıb.

Nüyvər Nəsrullayev 1977–1985-ci və 2000–2011-ci illərdə GDU-nun “Həndəsə və cəbr” kafedrasına rəhbərlik edib, 1985–1998-ci illərdə isə riyaziyyat-informatika fakultəsinin dekanı olub.

Nüyvər Nəsrullayev GDU-də ali həndəsə, analitik həndəsə və diferensial həndəsə fənlərini tədris edib. 

O, “Həndəsənin əsasları”,“Qraflar”, “Həndəsə məsələləri”, “Qurmalar həndəsəsinin əsasları” kimi dəyərli dərs vəsaitlərinin müəllifidir.

2009-cu ildə Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən ona Nüyvər Nəsrullayevə “Əməkdar müəllim” fəxri adı verilib, 2016-cı ildə isə o, GDU-nun “Fəxri professoru” adına layiq görülüb.

Allah rəhmət eləsin.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

End of content

No more pages to load

RADİO