İnfarkt keçirənlər illərdir bu dərmanları içir: faydasız imiş

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, beta-blokatorlar ürəyin funksiyası qorunub saxlanılan və yüngül miokard infarktı keçirmiş xəstələr üçün gözlənilən faydanı verməyə bilər.

Araşdırmanın nəticələri “European Heart Journal”da (EHJ) dərc olunub.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, beta-blokatorlar artıq on illərdir infarktdan sonrakı müalicənin standart hissəsi hesab olunur.

Bu preparatlar ürəyə düşən yükü azaldır, ürək əzələsinin oksigen tələbatını aşağı salır və ritm pozğunluqlarının qarşısını almağa kömək edir.

Lakin son illərdə müalicə yanaşmaları dəyişib. Hazırda tutulmuş damarlar tez bir zamanda açılır, xəstələrə isə statinlər, antiagreqantlar və digər effektiv preparatlar təyin olunur. Bu isə alimləri köhnə müalicə üsullarının roluna yenidən baxmağa vadar edib.

Tədqiqata İspaniya və İtaliyadakı 109 xəstəxanadan ümumilikdə 8505 pasiyent daxil edilib.

Xəstəxanadan çıxdıqdan sonra bəzi iştirakçılar beta-blokator qəbul etməyə davam edib, digərlərinə isə bu preparatlar təyin olunmayıb. Bütün xəstələr eyni zamanda müasir standart müalicə alıblar. Orta müşahidə müddəti təxminən dörd il olub.

Araşdırma göstərib ki, ürəyin nasos funksiyası qorunub saxlanılan xəstələrdə beta-blokatorlar ölüm, təkrar infarkt və ya ürək çatışmazlığı səbəbindən hospitalizasiya riskini azaltmayıb.

Tədqiqat rəhbəri, Valentin Fuster bildirib: “Bu araşdırma beynəlxalq klinik tövsiyələri dəyişdirəcək”. O, həmçinin “Mount Sinai Fuster Heart Hospital”ın prezidenti və İspaniyanın Milli Ürək-Damar Araşdırmaları Mərkəzinin baş direktoru vəzifəsini icra edir.

Müəlliflərin hesablamalarına görə, hazırda yüngül infarkt keçirmiş xəstələrin 80 faizindən çoxu beta-blokator təyinatı ilə evə buraxılır. Əgər gələcək araşdırmalar bu dərmanların faydasızlığını təsdiqləsə, bu, lazımsız təyinatların azalmasına və yorğunluq, bradikardiya (ürək ritminin həddən artıq yavaşıması), eləcə də seksual funksiyanın pozulması kimi yan təsirlərin riskinin aşağı düşməsinə səbəb ola bilər.
 

Əlavə təhlillər daha bir məqamı üzə çıxarıb: infarktdan sonra beta-blokator qəbul edən qadınlarda ölüm, təkrar infarkt və ya ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmə riski bu terapiyanı almayan qadınlarla müqayisədə daha yüksək olub. Bu təsir xüsusilə ürəyin funksiyası tam qorunmuş qadınlarda (ejeksiya fraksiyası ən azı 50 faiz olan pasiyentlərdə) daha aydın müşahidə edilib. Kişilərdə isə belə əlaqə aşkarlanmayıb.


Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr xəstələrin dərmanları özbaşına dayandırmalı olduğu anlamına gəlmir. Beta-blokatorlar xüsusilə ürək funksiyası zəifləmiş və digər tibbi göstərişləri olan insanlar üçün hələ də mühüm müalicə vasitəsi sayılır.

Alimlərin fikrincə, gələcək klinik tövsiyələr infarktdan sonrakı müalicədə bütün xəstələrə eyni yanaşmadan imtina edib, daha fərdiləşdirilmiş terapiya modelinə keçə bilər. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

End of content

No more pages to load

RADİO