Bakıda məşhur bazar bağlandı – “Binə” və “Sədərək” isə…

“Eurohome” tikinti bazarının fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yoxlama zamanı burada bir sıra nöqsanlar aşkar edib və nəticə obyektin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bir qədər əvvəl “EuroHome”un sahibinə məxsus olduğu bildirilən hoteldə yanğın hadisəsi baş vermişdi. Bu fonda yalnız bir obyektin fəaliyyətinin dayandırılması ictimai müzakirələrə səbəb olur. Məsələn, “Binə”, “Sədərək”, “8-ci km” bazarı və digər obyektlərdə vaxtaşırı baş verən yanğınların əsas səbəblərindən biri kimi texniki təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilir.

Belə olan halda niyə məhz “EuroHome” hədəfə çevrilib? 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlik verilən qərarı belə əsaslandırıb:

“Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “EuroHome” tikinti materiallarının satışı bazarında Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış çıxarış əsasında keçirilən sonuncu yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunan pozuntuların insanların həyat və sağlamlığına, həmçinin dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunaraq, habelə sözügedən obyektdə sahibkarlıq fəaliyyətinin kütləvi təşkil olunduğunu və bu səbəbdən baş verən yanğınlar zamanı vətəndaşlara yüksək miqdarda maddi ziyan dəyməsi ehtimalını nəzərə alaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 28-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı Qərar qəbul edilib”.

Açıqlamada bildirib ki, həmin obyektdə daha öncə keçirilən yoxlamalar zamanı analoji hallar müəyyən olunaraq, sözügedən pozuntuların aradan qaldırılması məqsədilə sahibkara kifayət qədər vaxt verilib:

“Müəyyən olunan vaxt çərçivəsində tədbirlər yerinə yetirilmədiyindən barəsində ən son zəruri tədbir olan məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı qərar qəbul edilib. Digər obyektlərlə münasibətdə isə yoxlamalar qanunvericiliklə müəyyən olunmuş dövriliklə həyata keçirilərək zəruri tədbirlərin görülməsi təmin olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

End of content

No more pages to load

RADİO