Cəlilabadda canavar kabusu: Yırtıcılar şəhər mərkəzinə qədər gəlib çıxdı - FOTO - VİDEO

Cəlilabad rayonunda son iki ay ərzində canavarların yaşayış məntəqələrinə yaxınlaşması və təsərrüfatlara hücumları kəskin şəkildə intensivləşib. Xüsusilə şəhər mərkəzinə yaxın Həzi Aslanov və Rəşad Zeyniyev küçələri istiqamətində yırtıcı heyvanların görünməsi sakinlər arasında ciddi vahimə və narahatlıq yaradıb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, canavarlar əsasən xırdabuynuzlu heyvanları hədəf alır. Nəticədə, çoxsaylı quzu və qoyun tələf olur.

Sakinlər bu hücumların artıq mütəmadi xarakter aldığını və vəziyyətin hər gün daha da ağırlaşdığını qeyd edirlər.

"38 baş heyvanımı məhv ediblər"

Yırtıcıların hücumundan ciddi ziyan çəkən rayon sakini Mahir Quliyev bildirib ki, təkcə onun təsərrüfatında son iki ayda 15 quzu və 23 qoyun canavarlar tərəfindən parçalanıb. Onun sözlərinə görə, bu vəziyyət ailəyə həm ciddi maddi ziyan vurub, həm də təsərrüfatın fəaliyyətini tamamilə iflic edib.

Sakinlər onu da vurğulayırlar ki, canavarların yaşayış evlərinin biraddımlığına qədər gəlməsi artıq təkcə mal-qaraya deyil, insanların, xüsusilə də azyaşlı uşaqların təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Bələdiyyə məsələyə münasibət bildirdi

Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri qeyd edib ki, yaranmış problem artıq nəzarətə götürülüb:

"Sakinlərin müraciəti əsasında sözügedən ərazidə araşdırmalar aparılır. Aidiyyəti qurumlarla birlikdə canavar təhlükəsinin qarşısının alınması və problemin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlanlar bir-birini yeyir?

İlanlar bir-birini yeyir?

"Brent" markalı neft niyə ucuzlaşdı? – SƏBƏB

"Brent" markalı neft niyə ucuzlaşdı? – SƏBƏB

Bu ölkədə istilər 36 nəfərin həyatına son qoyub

Bu ölkədə istilər 36 nəfərin həyatına son qoyub

Vaşinqton və Tehran RAZILIĞA GƏLDİ – Memorandum imzalanacaq

Vaşinqton və Tehran RAZILIĞA GƏLDİ – Memorandum imzalanacaq

Gecə yuxusuzluğunun səbəbi nədir?

Gecə yuxusuzluğunun səbəbi nədir?

BMT Ukrayna ilə bağlı danışıqların bərpasına çağırıb

BMT Ukrayna ilə bağlı danışıqların bərpasına çağırıb

Süni intellekt asılılıq yarada bilərmi?

Süni intellekt asılılıq yarada bilərmi?

Azərbaycanda milli valyutada əmanətlər beş il ərzində 84 faiz artacaq

Azərbaycanda milli valyutada əmanətlər beş il ərzində 84 faiz artacaq

Cəlilabadda faciə - 19 yaşlı gənc təbii fəlakətin qurbanı oldu - FOTO

Cəlilabadda faciə - 19 yaşlı gənc təbii fəlakətin qurbanı oldu - FOTO

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Bayram günü Azərbaycanda nə qədər qurban kəsilib?

Bayram günü Azərbaycanda nə qədər qurban kəsilib?

Azərbaycanda biznes kreditlərinin həcmi artıb

Azərbaycanda biznes kreditlərinin həcmi artıb

Pakistan XİN başçısı ABŞ-a səfər edəcək

Pakistan XİN başçısı ABŞ-a səfər edəcək

Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq"

Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq"

Ukrayna İsveçdən 20 ədəd ən son model "Gripen" qırıcısı alır

Ukrayna İsveçdən 20 ədəd ən son model "Gripen" qırıcısı alır

Xorvatiya Azərbaycandan 4 ayda 300 min tona yaxın neft alıb

Xorvatiya Azərbaycandan 4 ayda 300 min tona yaxın neft alıb

Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib

Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib

Bu futbolçu ilə bağlı qərar verildi

Bu futbolçu ilə bağlı qərar verildi

“44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik” - VİDEO

“44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik” - VİDEO

Zakir Həsənov: “Ordumuz Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcək”

Zakir Həsənov: “Ordumuz Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcək”

Cəlilabadda canavar kabusu: Yırtıcılar şəhər mərkəzinə qədər gəlib çıxdı - FOTO - VİDEO

Cəlilabadda canavar kabusu: Yırtıcılar şəhər mərkəzinə qədər gəlib çıxdı - FOTO - VİDEO

Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı

Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı

Meteohəssas insanların NƏZƏRİNƏ

Meteohəssas insanların NƏZƏRİNƏ

Aİ Şurası Ukraynaya 2,8 milyard avro yeni yardım tranşını təsdiqlədi

Aİ Şurası Ukraynaya 2,8 milyard avro yeni yardım tranşını təsdiqlədi

End of content

No more pages to load

RADİO