Qusarda minlərlə idmansevər “Zirvəyə doğru qaçış" yarışında güclərini sınadı - FOTO

28 May – Müstəqillik Günü Qusar rayonunda idmanın və milli birliyin bayramına çevrilib. Şəhərdə keçirilən “Zirvəyə doğru qaçış" adlı kütləvi qaçış yarışı minlərlə insanın iştirakı ilə əsl bayram ab-havası yaradıb.

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti, Azərbaycan Atletika Federasiyası, “METAK” şirkəti və digər qurumların birgə təşkilatçılığı ilə keçirilən yarış həm sağlam həyat tərzinin təbliği, həm də milli birlik və xeyriyyəçilik ideyalarının təşviqinə xidmət edir.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Qusar şəhərindəki abidəsi ziyarət olunub. Abidə önünə gül dəstələri düzülüb və dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan yarışın əvvəlində təşkilatçı və sponsor qurumlar barədə məlumat verilib. Qeyd edilib ki, bu tədbir təkcə idman yarışı deyil, həm də sağlam həyat tərzinin təbliği, sosial həmrəylik və xeyriyyəçilik dəyərlərinin birləşdiyi mühüm bir ictimai platformadır.

Qusar Rayon İcra Hakimiyyətlərinin başçısı Sahir Məmmədxanov rayon əhalisini, iştirakçıları və qonaqları salamlayaraq, belə genişmiqyaslı tədbirin Qusarda keçirilməsindən məmnunluğunu ifadə edib, Müstəqillik Gününün tarixi əhəmiyyəti haqqında məlumat verib.

İcra başçısı qeyd edib ki, Qusar təkcə təbiəti və mədəniyyəti ilə deyil, idman sahəsindəki fəallığı ilə də seçilir:

"Ölkəmizdə aparılan uğurlu gənclər və idman siyasətinin nəticəsidir ki, Qusarın yetirməsi olan idmançılarımız bu gün respublika və beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edirlər".

Rayon rəhbəri yarışın təşkilatçılarına təşəkkürünü bildirib, iştirakçılara uğurlar arzulayıb və “Zirvəyə doğru qaçış" yarışının ötən il də rayonda böyük təntənə ilə keçirildiyini, artıq gözəl bir ənənə halını aldığını diqqətə çatdırıb.
 

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxışında ölkəmizdə idmanın inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi roluna toxunub. O bildirib ki, bugünkü idman siyasətinin təməli məhz həmin illərdə qoyulub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.


Belə kütləvi tədbirlərin bölgələrdə keçirilməsini təqdirəlayiq hesab edən natiq, rayon rəhbərliyinə və digər təşkilatçılara göstərilən dəstəyə görə təşəkkür edib. Vurğulanıb ki, Gənclər və İdman Nazirliyi bu növ xeyirli təşəbbüsləri hər zaman dəstəkləməkdə davam edəcək.

“METAK” şirkətinin təsisçisi Alik Kərimov isə yarışın təşkilinə dəstək göstərməkdən məmnunluq duyduqlarını bildirib və bu cür layihələrin davamlı olmasının önəmini qeyd edib.

O, gənclərə müraciət edərək onları zərərli vərdişlərdən uzaq durmağa, idmanla məşğul olmağa və ən əsası Vətənə layiqli övlad olmağa çağırıb.

İki məsafə üzrə – 11 km və 22 km – təşkil olunmuş yarışda təkcə Qusar rayonundan və ətraf bölgələrdən deyil, Bakı şəhərindən, eləcə də xarici ölkələrdən gələn 1000-dən çox qaçışçı öz gücünü sınayıb.

Gərgin və maraqlı mübarizədən sonra müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.

Mükafatlandırma mərasimində fərqlənən idmançılara pul mükafatları, diplom və qiymətli hədiyyələr təqdim olunub.


























Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

End of content

No more pages to load

RADİO