Hazır qidaların istehsalında istifadə olunan bəzi konservantların ürək və damar xəstəlikləri riskini artırdığı aşkarlanıb.
Bizim.Media "CNN Health"ə istinadən xəbər verir ki, Fransada aparılan yeni araşdırma nəticəsində qidalara qatılan bəzi qoruyucu maddələrin yüksək təzyiq, infarkt və insult riski ilə birbaşa əlaqəli olduğu müəyyən edilib.
Sözügedən elmi tədqiqat 112 mindən çox insan üzərində aparılıb.
Araşdırmaya görə, tərkibində konservantlar olan qidaları müntəzəm və çox istehlak edən şəxslərdə yüksək təzyiq riski 29%, ürək-damar xəstəlikləri riski isə 16% daha yüksək qeydə alınıb.
Hətta “təbii” hesab edilən limon turşusunun (sitratların) da orqanizmə mənfi təsirləri olduğu bildirilib.
Ekspertlər sağlamlıq risklərini minimuma endirmək üçün emal olunmuş məhsullardan uzaq durmağı, daha çox təbii və qatqısız qidalara üstünlük verməyi tövsiyə edirlər.
Xədicə Paşayeva, Bizim.Media