DYP sürücü və piyadalara müraciət etdi

Sürücü piyadanın təhlükəsizliyinə, piyada isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır.

Bizim.Media xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

O bildirilib ki, son günlər, xüsusilə bayram öncəsi yollarda hərəkət intensivliyinin artdığı bir vaxtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur:
 

"Təhlillər göstərir ki, belə qəzaların bir qismi sürücülərin diqqətsizliyi, digər qismi isə piyadaların məsuliyyətsiz davranışları səbəbindən baş verir. Yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da birbaşa məsuliyyət daşıdığı sahədir. Təəssüf ki, bəzi piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmir, nəqliyyat axınının arasından qəfil yola çıxır, çoxzolaqlı və intensiv hərəkətin olduğu hissələrdən keçməyə çalışır, bəzən isə mobil telefondan istifadə edə-edə yolu keçir. Bu cür davranışlar insan həyatını birbaşa təhlükə altına qoyur".


R.Tağıyev vurğulayıb ki, xüsusilə gecə saatlarında, məhdud görünmə şəraitində və sürətli hərəkətin müşahidə olunduğu ərazilərdə piyadanın qəfil hərəkət hissəsinə daxil olması faciə riskini daha da artırır:

"Bəzi piyadalar düşünür ki, sürücü onları mütləq görəcək və vaxtında dayanacaq. Halbuki yüksək sürət, yolun vəziyyəti, hava şəraiti, qarşıdan gələn işıqlar və digər amillər nəqliyyat vasitəsinin dərhal saxlanılmasını hər zaman mümkün etmir. Çoxzolaqlı yollarda vəziyyət daha təhlükəli xarakter alır. Bir zolaqda hərəkət edən nəqliyyat vasitəsi piyadaya yol verdiyi halda, digər zolaqda hərəkətdə olan sürücü piyadanı gec görə və ya ümumiyyətlə fərq etməyə bilər. Nəticədə bir neçə saniyə ərzində ağır və geri dönüşü olmayan faciələr baş verir. Təəssüf ki, son günlərdə qeydə alınan bəzi qəzalar məhz bu səbəbdən baş verib".

"Digər tərəfdən, bəzi sürücülər yaşayış məntəqələrində, məktəblərin, ticarət obyektlərinin və insanların sıx hərəkət etdiyi ərazilərin yaxınlığında sürət həddinə əməl etmir, piyada keçidlərinə yaxınlaşarkən kifayət qədər diqqətli davranmırlar. Halbuki belə ərazilərdə hər an gözlənilməz vəziyyət yarana bilər.
 

Hər kəs yadda saxlamalıdır ki, təhlükəsizlik qarşılıqlı məsuliyyət tələb edir. Sürücü piyadanın təhlükəsizliyinə, piyada isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır.


Bir daha həm sürücüləri, həm də piyadaları diqqətli və məsuliyyətli olmağa çağırırıq. Heç bir tələskənlik, heç bir məsafə və heç bir bəhanə insan həyatından daha dəyərli deyil. Yol hərəkəti qaydalarına əməl etmək sadəcə qanuni tələb deyil, həyatın qorunmasının əsas şərtidir", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

End of content

No more pages to load

RADİO