Mayın 18-də Qusar rayonu ərazisində bir nəfəri bıçaqlayıb hadisə yerindən qaçan rayon sakini Radik Alik oğlu Rəsulov bu gecə əməliyyat nəticəsində zərərsizləşdirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əməliyyat Qusar rayon polis şöbəsi, DİN-və Dövlət Sərhəd Xidməti ilə birgə keçirilib.
Kolluq ərazidə gizlənmiş və polisə təslim olmaq istəməyən cinayətkar zərərsizləşdirilib.
Hadisə yerindən tapança tapılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu