Ödəniş edib əsgərliyə getmək istəməyənlərin NƏZƏRİNƏ

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış qanunla məcburi olsa da, gələcəkdə müəyyən şərtlər daxilində ödəniş əsasında hərbi xidmətdən azadolma mexanizminin tətbiqi mümkün görünür. Türkiyə modelinə uyğun sistemin Azərbaycanda da tətbiqi yaxın illərdə gündəmə gələ bilər.
 
Bizim.Media xəbər verir ki, bu fikirləri Konkret.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib.
 

“Hazırkı qanunvericilikdə vətəndaşın pul ödəyərək hərbi xidmətə getməməsinə imkan verən hər hansı norma yoxdur. Lakin alternativ xidmət haqqında qanunun hələ də tam qəbul edilməməsi bu istiqamətdə yeni dəyişikliklərin mümkünlüyünü gündəmdə saxlayır”.


 Ekspert bildirib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən kriteriyalara cavab verən şəxslər üçün ödənişli hərbi xidmət və ya alternativ xidmət mexanizmi tətbiq ediləcək:
 
“Hazırda qanunvericilik buna imkan vermir. Amma gələcəkdə bu məsələyə baxılacaq. Böyük ehtimalla qardaş Türkiyədə, Gürcüstanda və digər ölkələrdə olduğu kimi onların təcrübəsinə əsasən belə metod tətbiq edilə bilər. Bunun üçün qanunvericilik uyğunlaşdırılmalıdır”.
 
Ü.Cəfərov qeyd edib ki, alternativ xidmət haqqında qanun uzun müddətdir müzakirə olunsa da, hələ yekunlaşdırılmayıb.
 

“Dini etiqadı, fiziki göstəriciləri və ya digər səbəblərlə hərbi xidmət keçə bilməyən şəxslər üçün alternativ mexanizm yaradılması həm dövlət, həm də vətəndaş baxımından faydalı olacaq. Əgər hansısa vətəndaşın müəyyən səbəbdən hərbi xidmət keçmək imkanı yoxdursa, o şəxs müəyyən ödəniş etməklə dövlət qarşısındakı borcunu başqa formada yerinə yetirmiş sayılacaq”.


 Hərbi ekspert əlavə edib ki, Azərbaycan Ordusunun türk modelinə uyğunlaşdırılması prosesi davam edir və bu istiqamətdə hüquqi dəyişikliklərin də gələcəkdə gündəmə gəlməsi mümkündür.
 
“Bu qanun yaxın gələcəkdə, bəlkə də bir neçə il ərzində qəbul oluna bilər. Amma burada əsas məsələ odur ki, hər kəs pul ödəyib hərbi xidmətdən yayına bilməyəcək. Bunun üçün konkret şərtlər və kriteriyalar müəyyən edilməlidir”, – deyə o, vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Fransa klubunun futbolçusu “Sabah”da

Fransa klubunun futbolçusu “Sabah”da

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

Gülay canlı efirdə ağladı - VİDEO

Gülay canlı efirdə ağladı - VİDEO

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Arzusu çin olan azarkeş - FOTO

Arzusu çin olan azarkeş - FOTO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

Avtomobilin nömrəsini çıxararaq Sumqayıt yollarında avtoxuliqanlıq elədi - VİDEO

Avtomobilin nömrəsini çıxararaq Sumqayıt yollarında avtoxuliqanlıq elədi - VİDEO

Əli Əsədov Özbəkistana səfər edəcək

Əli Əsədov Özbəkistana səfər edəcək

Prezidentə gələn təbrik MƏKTUBLARI

Prezidentə gələn təbrik MƏKTUBLARI

Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

End of content

No more pages to load

RADİO