Arvadının əmisinin evinə basqın etdi - Sonra özünü eyvandan atdı - TƏFƏRRÜAT

Abşeron rayonunda 1982-ci il təvəllüdlü Eldar N. və tanışı Alim B. evə basqın etməkdə ittiham olunublar.

Bizim.Media xəbər verir ki, hadisə Fatmayı kəndində baş verib.

İttihama görə, Eldar qeyri-rəsmi ər-arvad münasibətində olduğu Samirənin atası Elşənin obyekti sataraq pulunu qardaşı Elmirin evində saxladığını öyrənib.

O, 1974-cü il təvəllüdlü tanışı Alimlə (adlar şərti verilib - red.) birlikdə Elmirin evinə basqın etməyi, həmin pulu aparmağı planlaşdırıb.

Onlar əlcək və maska geyiniblər, nərdivanla evin ikinci mərtəbəsindəki eyvana qalxıb pəncərədən evə giriblər.
 

Eldar Elmirin qonaq otağında divanda yatmış və səsə oyanaraq qışqırmaq istəyən arvadı Rozaya bıçaqla hücum edib, əli ilə ağzını tutaraq ona xəsarət yetirib. Səs-küyə evdəkilər oyandıqda Eldarla Alim evi tərk ediblər.


İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Eldar özünü qismən təqsirli bilib, ifadəsində göstərib ki, Elmiri bir neçə ildir tanıyır:

"Elmirin qardaşı qızı olan Samirə ilə 2020-ci ildən qeyri-rəsmi münasibətim var və birlikdə yaşayırıq. Samirə uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkir, müalicəsinə xərc lazımdır. Buna görə təxminən 2023-cü ilin sonlarında Samirənin atası Elşənə məxsus olan və Binəqədi rayonu ərazisində yerləşən obyekt satıldı.

Amma həmin obyektin satışından əldə edilmiş 40 000 manat puldan Samirəyə verilmədi. Samirənin əmisi Elmir həmin pulu saxlamaq üçün qardaşı Elşəndən aldı. Elşən insult keçirmiş xəstə adam olduğundan Elmir bunu fürsət bilərək pulu ələ keçirdi. Həmin puldan Samirəyə təxminən 500-600 manat verildi. Bu isə mənə pis təsir etdi, Samirənin haqqı olan pulu geri almaq qərarına gəldim.

Bu fikrimi uzaq qohumum Alimə danışdım, birlikdə qərarlaşdırdıq ki, evə daxil olub, pulları oğurlayaq. Əldə edilmiş pulun yarısını Alimə verməli idim".

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü axşam saatlarında Xırdalan şəhəri ərazisində Alimlə görüşüb:

"Birlikdə Elmirin evinə getməyi qərarlaşdırdıq. 592 nömrəli avtobusla Fatmayı kəndinə getdik. İki fərqli kafedə spirtli içki qəbul etdik, gecənin düşməsini gözlədik.

Saat 23:45-də Elmirə məxsus evin arxa küçəsində gözlədik. Təxminən saatyarım keçəndən sonra qonşuların yatdığına əmin olduq. Elmir və ailəsinin başqa yerə getdiklərini düşünürdük. İki həyətin hasarından keçdik, bundan əvvəlsə küçədə özümüzlə gətirdiyimiz əlcək və maskaları geyindik".

Eldarın sözlərinə görə, həyətdə olan nərdivanla ikinci mərtəbədəki eyvana qalxıb, daha sonra eyvandakı pəncərədən evə daxil olublar:

"Pəncərədə yalnız tor olduğundan rahatlıqla onu çıxardıq. Evə öncə mən, sonra Alim girdi. Elmirin arvadının evdə olduğunu və qışqırmaq istədiyini gördük. Onun ağzını əlimlə tutdum. Buna baxmayaraq artıq səs-küy qalxmışdı.

Bir qədər sonra balaca uşaq gəldi, bizi görərək qışqırmağa başladı. Dərhal evə daxil olduğumuz yerdən, yəni pəncərədən qaçdıq. Alim nərdivanla düşsə də, mən birbaşa eyvandan özümü atdım. Manqalın üzərinə düşməyim nəticəsində ayaq nahiyəmdən xəsarət aldım. Hər ikimiz hasarı eyni qaydada tullanaraq oradan qaçdıq".

Təqsirləndirilən şəxs deyib ki, Fatmayı kəndinin içərisində bir neçə küçədə və yarımtikilidə gözləyiblər:

"Alim səhər saatlarında gedib taksi çağırdı. Taksi ilə evə gəldim. Samirə bədənimdə olan xəsarətlər barədə soruşdu. Zabrat qəsəbəsində yıxıldığımı və Alimin məni oradan gətirdiyini bildirdim. Hadisədən bir müddət sonra polis əməkdaşları mənə yaxınlaşaraq izahat verməli olduğumu bildirdilər. Mən də polis əməkdaşları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə getdim".

İş üzrə digər təqsirləndirilən Alim də elan olunmuş ittihamda özünü qismən təqsirli bilib və Eldarın ifadəsinə uyğun olanları danışıb.

Zərərçəkmiş Rozanın sözlərinə görə, hadisə vaxtı divanda yatıbmış:

"İşıq yanırdı, televizor işləyirdi. Birdən kimsə əli ilə ağzımı tutdu. Məni divanda otuzdurdu və qulağıma "səsini çıxartma" dedi. Nəfəsim kəsilməsin deyə başımı sağa-sola çevirdim. Çalışdım ki, səs çıxarım, yoldaşım yuxudan oyansın. Həmin adamda bıçaq vardı. O, bıçağı boğazıma dirədi. Yanında başqa biri də dayanmışdı. Mənim səs çıxardığımı görərək qolumdan tutdu və dəhlizə tərəf apardı. Mənsə qapıdan tutdum. Nəvəm ayağa qalxıb qışqırdı, gələnlər qaçdılar".

Zərərçəkmiş bildirib ki, evin içərisində kamera olmayıb:

"Samirə qaynımın qızıdır. Mən qaynımgilə gedib-gəlməmişəm. Qaynımın nəyi, haranı satdığını bilməmişəm, maraqlanmamışam. Qaynım Elşən özü xəstədir, pulu yoldaşıma verib ki, saxlasın. Mən Samirənin xəstə olub-olmadığnı bilmirəm. Qaynım o pulu bizə verib ki, saxlayaq, yoxsa qızıgil xərcləyəcəkdi".
 

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxslərin hər biri doqquz il müddətinə azadlıqdan məhrum edilib. Onların cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkmələri müəyyən edilib.


Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

End of content

No more pages to load

RADİO