Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər

Səyahət zamanı baqajın təhlükəsiz və vaxtında təyinat nöqtəsinə çatdırılması sərnişin təcrübəsinin vacib hissəsidir. Azərbaycan Hava Yolları (AZAL) rəqəmsal izləmə sistemləri və əməliyyat mexanizmləri vasitəsilə hər gün minlərlə baqajın çeşidlənməsi, izlənməsi və təyinat məntəqəsinə çatdırılmasını təmin edir.

Sərnişinlərin öncədən baqaj qaydaları ilə tanış olması, həmçinin fors-major vəziyyətlər zamanı müraciət prosedurları barədə məlumatlılığı səyahətin daha rahat və planlı keçməsinə şərait yaradır.

Gecikmiş, itmiş və ya zədələnmiş baqaj: sərnişinlər üçün müraciət mexanizmləri

Baqajla bağlı müraciətlər beynəlxalq aviasiya qaydalarına uyğun şəkildə araşdırılır və hər bir vəziyyət fərdi qaydada qiymətləndirilir. Bəzi situasiyalarda əlverişsiz hava şəraiti, transfer zamanı intensivlik, baqajın emalı zamanı texniki nasazlıqlar, eləcə də baqaj etiketlərinin zədələnməsi və ya itməsi səbəbindən baqajın gecikməsi, zədələnməsi və ya itməsi halları baş verə bilər.

Belə vəziyyətlərdə sərnişinlər çatdıqları hava limanında “Tapıntılar və itkilər” (“Lost and Found”) xidmətinə müraciət etməli və Baqajın qüsur aktını (“Property Irregularity Report” — PIR) doldurmalıdırlar. Bu zaman müraciətçiyə baqajın izlənilməsi üçün unikal müraciət nömrəsi (“file reference” və ya “locator number”) təqdim olunur.  Müraciət nömrəsinə əsasən araşdırma prosesinə başlanılır, baqajla bağlı hər hansı bir yenilik olduqda sərnişin bu nömrə vasitəsilə müraciətin statusu ilə bağlı ətraflı məlumat əldə edir.

Əlavə məlumat əldə etmək və ya əlavə suallar yarandığı halda AZAL sərnişinlər [email protected]  elektron ünvanına müraciət edə və ya (+994 12) 497 26 00 (30-81, 22-05) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bundan başqa, itmiş və ya zədələnmiş baqajla bağlı AZAL-ın rəsmi veb-saytında yerləşən forma vasitəsilə də müraciət etmək olar:

//www.azal.az/az/information/baggage/lost

Baqajla bağlı istənilən problem yarandığı zaman AZAL sərnişinlərə operativ dəstək göstərir, məsələnin həlli sürətlə təmin edir və ya zərurət yaranarsa, mövcud qaydalar çərçivəsində müvafiq tədbirlər görür. Həmçinin beynəlxalq praktikaya uyğun olaraq, zədələnmiş baqajın təmiri üçün sərnişin uyğun xidmət göstərən şirkətə yönləndirilir.
 

Baqajla bağlı nəzərə alınmalı vacib məqamlardan biri odur ki, zədələnmə və ya gecikmənin yalnız yerli hava limanında deyil, marşrut üzrə digər hava limanlarında da baş verməsi mümkündür. Bu cür vəziyyətlərdə baqajın hansı mərhələdə zədələndiyinin və ya gecikdiyinin müəyyənləşdirilməsi üçün sərnişinlərin prosesləri obyektiv şəkildə qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır.


Sərnişin mərkəzli yanaşma: rahat səyahət üçün 5 praktik tövsiyə

Komfortlu uçuş həm aviaşirkətin göstərdiyi xidmətlərin, həm də sərnişinlərin diqqətli yanaşmasının və birgə əməkdaşlığının nəticəsində mümkündür. Belə ki, sərnişinlərə səyahət etməzdən öncə bir neçə məqamı nəzərə alması tövsiyə olunur.

Uçuşdan əvvəl aviaşirkətin baqaj qaydaları ilə tanış olmaq, icazə verilən çəki və ölçü limitlərini nəzərə almaq əlavə vaxt itkisi və əlavə ödənişlərin qarşısını almağa kömək edir. Əlavə baqaja ehtiyac yarandığı təqdirdə AZAL sərnişinlərə baqajın rəsmi vebsayt üzərindən əldə edilməsini məsləhət görür. Hava limanındakı qiymətlərlə müqayisədə, baqajı azal.az veb-saytı üzərindən 10%-dək endirimlə əldə etmək mümkündür. Ətraflı məlumat üçün sərnişinlər //www.azal.az/az/information/baggage/ linkinə keçid edə bilərlər.

Sərnişinin çamadan üzərində əlaqə məlumatları əks olunan etiketi yerləşdirməsi baqajın itirilməsi hallarının qarşısını alır.

Köhnə çamadan etiketlərinin çıxarılması ştrix-kod qarışıqlığını önləyir. Beləliklə, baqajın itməsi ehtimalı da minimuma endirilmiş olur.

Transfer uçuşlarda baqajların qarışdırılması kimi situasiyalar nisbətən daha tez sıxlıqda müşahidə olunur. Birləşdirici reyslərlə səyahət zamanı biletlərin vahid bron daxilində rəsmiləşdirilməsi və transfer üçün ən azı 2 saat vaxt nəzərdə tutulması tövsiyə olunur.
 

Baqajın təhvil verilməsi zamanı təqdim olunan baqaj birkasını uçuş tamamlanana qədər saxlamaq vacibdir, çünki hər hansı gecikmə və ya itki halında bu sənəd müraciət prosesində əsas rol oynayır.


AZAL rəqəmsal həllər, təkmilləşdirilmiş əməliyyat prosesləri və sərnişin yönümlü xidmət yanaşması ilə bu sahədə daha çevik və etibarlı xidmət mühitinin formalaşdırılmasına töhfə verir. Qaydaların düzgün tətbiqi, vaxtında məlumatlandırma və müasir texnologiyalardan istifadə nəticəsində baqaj prosesləri daha şəffaf, operativ və etibarlı şəkildə idarə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

End of content

No more pages to load

RADİO