Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlıYENİLİK

Vətəndaşların müraciətlərinə dair tələblər artırılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, yazılı müraciətdə müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimi (elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə), müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılması istənildiyi halda müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan göstərilməlidir.
 

Sənədə görə, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil ediləcək, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndəriləcək, yaxud EHİS üzərindən təqdim olunacaq.


Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasında elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavab verilməklə baxılacaq.
 
Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər, habelə müraciətin EHİS üzərindən cavablandırılması istənildiyi hal istisna olmaqla) yuxarıda qeyd olunan məlumatlar göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab veriləcək.

Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər “Elektron hökumət” sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək məqsədi daşıyır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sergey Şoyqu: "Ermənistan KTMT-dən imtina etmək üçün daha bəhanə axtarmır”

Sergey Şoyqu: "Ermənistan KTMT-dən imtina etmək üçün daha bəhanə axtarmır”

Zemfira Ziyadqızının “Qırxıncı pillə” poeması festivalda maraqla qarşılandı - FOTO

Zemfira Ziyadqızının “Qırxıncı pillə” poeması festivalda maraqla qarşılandı - FOTO

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırdı

"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırdı

Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər

Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər

Kürdəmirdə 3 yaşlı uşağın ölümü ilə bağlı TƏBİB-dən açıqlama

Kürdəmirdə 3 yaşlı uşağın ölümü ilə bağlı TƏBİB-dən açıqlama

Leylan Nəsirova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Leylan Nəsirova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Azyaşlı yeniyetmə parlamentə seçilmək istəyib – DETALLAR

Azyaşlı yeniyetmə parlamentə seçilmək istəyib – DETALLAR

ADY bayram günlərinin iş qrafikini AÇIQLADI

ADY bayram günlərinin iş qrafikini AÇIQLADI

Cavid Paşayev Sabunçu Tibb Mərkəzinin direktoru TƏYİN EDİLDİ - FOTO

Cavid Paşayev Sabunçu Tibb Mərkəzinin direktoru TƏYİN EDİLDİ - FOTO

Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Rusiya ordusu Ukraynada 2 yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Ukraynada 2 yaşayış məntəqəsini İŞĞAL ETDİ

Şairənin qələmində Göyçə həsrəti - Bir yurdun yaddaşı yenidən CANLANDI - VİDEO

Şairənin qələmində Göyçə həsrəti - Bir yurdun yaddaşı yenidən CANLANDI - VİDEO

Çin "Rolls-Royce"a meydan oxuyur: 170 000 dollarlıq "Maextro" sedanı təqdim edildi

Çin "Rolls-Royce"a meydan oxuyur: 170 000 dollarlıq "Maextro" sedanı təqdim edildi

“Şəfa” yeni baş məşqçi ilə razılığa gəldi - ÖZƏL

“Şəfa” yeni baş məşqçi ilə razılığa gəldi - ÖZƏL

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

“Qarabağ” yüksək məbləğdə cərimələndi

“Qarabağ” yüksək məbləğdə cərimələndi

Diqqət: Bütün mağazalarda satılır – Qızılın mənbəyi imiş

Diqqət: Bütün mağazalarda satılır – Qızılın mənbəyi imiş

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!

Xocalıya daha 9 ailə qayıtdı - Mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalıya daha 9 ailə qayıtdı - Mənzillərinin açarları təqdim olundu – FOTO

Mahir Emreli Kipr klubunun transfer HƏDƏFİNDƏ

Mahir Emreli Kipr klubunun transfer HƏDƏFİNDƏ

Azərbaycanda “arvad” sözü qadağan edilə bilər – Vacib açıqlama

Azərbaycanda “arvad” sözü qadağan edilə bilər – Vacib açıqlama

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qarşısındakı yol çökür – FOTO

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qarşısındakı yol çökür – FOTO

Sabahdan Azərbaycanda bayram tətili başlayır

Sabahdan Azərbaycanda bayram tətili başlayır

End of content

No more pages to load

RADİO