"Çoxuşaqlı ailə modelinin 5 uşaqdan 3 uşağa endirilməsi qadınların 5 il tez pensiyaya çıxmasına şərait yarada bilər".
Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Millət vəkili bu dəyişikliyin həm də sosial müavinətlərin əlçatanlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"Bu addımın atılması qadınların sosial müdafiəsini gücləndirməklə yanaşı, həm də daha çox uşağın dövlət tərəfindən müavinət almasını mümkün edər".
Günay Şahmar, Bizim.Media