Xocavənd şəhərində 1188 ev bərpa ediləcək: 728-i hazırdır – FOTO

Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Qarabağın hər bir guşəsində dövlətimiz tərəfindən misli görünməmiş genişmiqyaslı bərpa və quruculuq salnaməsi yazılır. İşğaldan azad edilmiş şəhər və kəndlərdə müasir standartlara uyğun yeni yaşayış məntəqələri salınır, ən son texnoloji yeniliklərə əsaslanan infrastruktur layihələri reallaşdırılır və illərdir yurd həsrəti ilə yaşayan insanların doğma torpaqlarına qayıdışı üçün hərtərəfli, təhlükəsiz şərait yaradılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edilən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağın hər bir nöqtəsində həyat yenidən canlanır. Otuz illik dağıntıların, işğalın ağrılı izləri silinərək, yerini müasir, modern və gözoxşayan yaşayış məkanları tutur.

Bizim.Media xəbər verir ki, qədim və zəngin tarixə malik Xocavənd rayonunun işğaldan azad edilməsindən sonra ərazidə inkişaf dövrü başlayıb. Hazırda rayonda genişmiqyaslı bərpa, tikinti və abadlıq işləri sürətlə davam etdirilir.

Paralel olaraq, tikinti-bərpa prosesi tamamlanan yaşayış sahələrinə keçmiş məcburi köçkünlərin mərhələli, eyni zamanda, sistemli şəkildə qayıdışı həyata keçirilir.

Yeni və dayanıqlı infrastrukturun qurulması, sosial obyektlərin bərpası və sakinlərin yaşayış şəraitinin maksimum dərəcədə yaxşılaşdırılması bölgədə sosial-iqtisadi həyatın yenidən canlanmasına güclü təkan verir.
 

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bölgədəki mövcud tikinti dinamikası ilə bağlı danışarkən bildirib ki, Xocavənd şəhərində bərpa işləri 2025-ci ilin oktyabr ayından başlayıb və ümumilikdə, 1188 evin bərpası nəzərdə tutulub. Onlardan 728 evin bərpası artıq başa çatıb, 460 evin bərpası isə davam edir.


Şöbə müdirinin sözlərinə görə, Xocavəndə ilk köç bu il fevralın 20-də gerçəkləşib. Şəhərdə gələcəyimiz olan uşaqların keyfiyyətli təhsil alması üçün 640 yerlik tam orta məktəb binası Elm və Təhsil Nazirliyi tərəfindən bərpa edilib və bu il aprelin 21-də fəaliyyətə başlayıb. Həmçinin 240 yerlik uşaq bağçasının bərpası da planlaşdırılır və ilkin mərhələdə 40 yerlik bölmənin istifadəyə verilməsi nəzərdə tutulur.

Doğma şəhərinə qovuşan Xocavənd sakini Yeganə Balakişiyeva uzun illərin həsrətinin bitdiyini, insanların öz evlərində dinc və firavan yaşamağa başladıqlarını böyük qürur hissi ilə ifadə edib:

“Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı və torpaqlarımız azad edildi. İndi Qarabağda həyat yenidən canlanır. Biz də Xocavənd şəhərində məskunlaşmışıq. Mən şəhid bacısıyam və bu torpaqlar bizlər üçün çox müqəddəsdir. Burada bizə gözəl şərait yaradılıb, yollar abadlaşdırılıb, infrastruktur bərpa edilib”.
 

Qeyd edək ki, Xocavənddə tikinti-quruculuq işləri yalnız rayon mərkəzi ilə məhdudlaşmır. Xocavənd şəhəri ilə yanaşı, strateji və coğrafi baxımdan böyük önəm kəsb edən Hadrut və Qırmızı Bazar qəsəbələrinə, həmçinin Xanoba, Xocavənd və Sos kəndlərinə də əhalinin köçürülməsi və məskunlaşması planlı, mərhələli şəkildə uğurla davam etdirilir.


Qarabağın yenidən dirçələn və sürətlə müasirləşən bu füsunkar bölgələrində həyat artıq öz əvvəlki axarına qayıdır. Doğma yurda dönüşün gətirdiyi sevinc və qürur hər bir addımda hiss olunur, illərlə ürəkləri sızladan Vətən həsrəti isə birdəfəlik tarixə qovuşur. (Azərtac)
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

End of content

No more pages to load

RADİO