Kürdəmir rayonunda bədbəxt hadisə nəticəsində azyaşlı dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Babək prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Məlumata görə, 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov valideynlərinin diqqətindən yayınaraq binadan yıxılıb. Ağır bədən xəsarətləri alan azyaşlı dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Həkimlərin göstərdiyi reanimasiya tədbirlərinə baxmayaraq, azyaşlı xəstəxanada dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu