İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? - VACİB MƏQAM

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərdən sonra işçilərdə maraq doğuran məsələlərdən biri də istifadə edilməmiş məzuniyyətə görə kompensasiyaların hesablanması zamanı Əmək Məcəlləsinin 140 və 111-ci maddələrində olan yeni tələblərin nəzərə alınıb-alınmaması ilə bağlıdır.

İşçinin istifadə edilməmiş məzuniyyətə görə kompensasiyası hesablanan zaman Məcəllənin 111-ci maddəsində olan yeni tələblər nəzərə alınırmı? Kompensasiyanın hesablanması zamanı sonuncu əməkhaqqıdan az olmamaqla məbləğ ödənilməlidirmi?

Bizim.Media xəbər verir ki, “Vergiler.az”ın suallarına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.
 

Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində göstərilib ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaqla orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.


Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndində isə qeyd olunub ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.

Məcəllənin 140-cı maddəsinin 2-ci bəndinə əsasən, 12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Maddənin 4-cü bəndində isə göstərilib ki, bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.

Son müddəadan aydın olur ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən bu maddədə olan əməkhaqqının hesablanması qaydası tətbiq edilir. Əvvəla, bu hissədə də bir az qeyri-müəyyənlik var. Belə ki, Əmək Məcəlləsinin 111-ci maddəsinin tələblərinə görə, məzuniyyət zamanı işçinin orta əməkhaqqı saxlanılır. Həmçinin, Məcəllənin 140-cı maddəsinin 1-ci bəndində əmək məzuniyyəti zamanı orta əməkhaqqının hesablanması üçün ilkin mexanizm müəyyənləşdirilir. Belə olan halda iki maddə uzlaşır, yəni 111-ci maddəyə görə məzuniyyət zamanı saxlanılan orta əməkhaqqının hesablanmasının ilkin addımı 141-ci maddənin 1-ci bəndi ilə müəyyənləşir. Bu istinad düzgündür.
 

Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndində isə orta əməkhaqqı yox, “orta aylıq” ifadələri işlənir. Amma Məcəllədə digər bütün maddələrdə olan “orta aylıq” ifadəsi aradan qaldırılıb, yalnız həmin maddədə qalıb. Lakin 140-cı maddənin 1-ci və 2-ci bəndlərində orta əməkhaqqının hesablanmasının ilkin addımları əksini tapır. Sadəcə, 1-ci bənddə iş müddəti tam 12 ay olduqda, 2-ci bənddə isə 12 aydan az işlədikdə istifadə olunur.


Bundan əlavə, Əmək Məcəlləsinin 140-cı maddəsinin 3-cü bəndində artıq orta əməkhaqqı yox, məzuniyyət dövrünün əməkhaqqı ifadəsindən istifadə edilir. Odur ki, Məcəllənin 111-ci maddəsi ilə 140-cı maddəsində olan ifadələrin uzlaşmamasının şahidi oluruq. Yəni, 111-ci maddəyə əsasən, məzuniyyət dövründə ancaq orta əməkhaqqı saxlanılmalıdır və bu da işçinin son əməkhaqqından az olmamalıdır. Ancaq 140-cı maddənin 3-cü bəndində artıq orta əməkhaqqı yox, əməkhaqqı ifadəsi yazılıb.

Bütün bunlara baxmayaraq, praktiki olaraq məzuniyyət zamanı hesablamalar aparanda orta əməkhaqqı kimi qəbul edilir. İndi isə kompensasiyanın hesablanması məsələsinə aydınlıq gətirək. Bunun üçün Əmək Məcəlləsinin həm 111-ci, həm də 140-cı maddəsinin 4-cü bəndini açıqlayaq.

- 111-ci maddə işçinin məzuniyyət dövründə, məzuniyyət müddəti üçün tətbiq edilir.

- Bu maddədə orta əməkhaqqının saxlanılması işçinin məzuniyyətdə olduğu zamanı nəzərdə tutur.

- Həmçinin, 111-ci maddədə sonuncu əməkhaqqından az olmamaqla orta əməkhaqqının saxlanılması da işçinin məzuniyyətdə olduğu müddət üçün aktivdir.

- Məcəllənin 140-cı maddəsinin 4-cü bəndi istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması qaydasını müəyyənləşdirir.

- Həmçinin, bu maddə kompensasiyanın hesablanması qaydasını həmin maddənin 1-ci, 2-ci və 3-cü bəndlərinin tələbləri əsasında hesablanması tələbini qoyur.

- Yəni 111-ci maddə işçinin məzuniyyətdə olduğu zaman tətbiq edilir, 140-cı maddənin 4-cü bəndi isə məzuniyyətdə olduğu müddətdə yox, məzuniyyətdən istifadə edilməməsi zamanı tətbiq edilir.

Beləliklə, işçiyə əmək məzuniyyətinə görə kompensasiya ödənilən zaman əvvəlki illər kimi Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən hesablamalar və ödəmələr aparılacaq. Ancaq 111-ci maddədə olan kimi, sonuncu əməkhaqqıdan az olmayan məbləğ verilməyəcək.
 

Misal: “AA” MMC-nin işçisi 2026-cı ilin fevral ayında əmək məzuniyyətinə çıxıb və onun məzuniyyət dövrü üçün orta əməkhaqqı 1.120 manat olub. Ancaq fevral ayının əməkhaqqı 1.200 manat təşkil edib. Nəzərə alaq ki, işçiyə məzuniyyət dövrü üçün orta əməkhaqqı hesablayan zaman 1 günlük məbləğ 40 manat olub. İşçi məzuniyyətə çıxmamışdan əvvəl ərizə ilə müraciət edib ki, ona əvvəlki illərin istifadə edilməmiş 25 gün məzuniyyət dövrünün kompensasiyası verilsin.


Bu zaman işçiyə fevral ayı üçün məzuniyyət dövründə orta əməkhaqqı (1.120 manat) fevral ayının əməkhaqqından (1.200 manatdan) az olduğuna görə, sonuncu əməkhaqqı məbləğində, yəni 1.200 manat məzuniyyət pulu ödəniləcək.

Həmçinin, 25 gün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği 1.000 manat hesablanılır: 40 x 25 gün = 1.000 manat. Burada da aydın olur ki, bu məbləğ sonuncu ayın əməkhaqqından azdır. Lakin kompensasiyaya görə hesablanmış məbləğ fevral ayının əməkhaqqı məbləğindən az olmamasına baxmayaraq, ödəniş 1.000 manat həcmində ödəniləcək. Çünki kompensasiya zamanı Əmək Məcəlləsinin 111-ci maddəsinin tələbləri tətbiq edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO