Azərbaycanda bəzi şəxslər icbari qaydada ÖDƏNİŞLİ təlimlərə cəlb olunacaqlar

Xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi qaydaları təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd olunur ki, burada əsas məqsədi xüsusi icra məmurlarının və onların köməkçilərinin fəaliyyətində səmərəliliyin artırılmasını, onlar tərəfindən nəzəri və praktiki biliklərin əldə edilməsi və artırılmasını, vəzifələrinin icrası ilə əlaqədar peşəkar vərdişlərinin inkişafını təmin etməkdən ibarətdir.

Təlimlər hər iki ildən bir icbari qaydada keçiriləcək.

Xüsusi icra məmurlarının köməkçilərinin ixtisasartırma təlimləri onların icra fəaliyyətində iştirak imkanlarının genişləndirilməsinə, öz səlahiyyətləri çərçivəsində müstəqil işləmək qabiliyyətinin formalaşdırılmasına və peşə biliklərinin artırılmasına xidmət edəcək.

İxtisasartırma təlimləri aşağıdakıları əhatə edir:

- icra icraatının, o cümlədən icra sənədlərinin növləri üzrə icra icraatının aparılması xüsusiyyətləri;

- xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericilik;

- məhkəmə qərarlarının icrası sahəsində praktiki problemlər və onların həlli yolları;

- təlim ehtiyaclarına uyğun digər sahələr.

İxtisasartırma üzrə təlim ehtiyacları aşağıdakı qaydada müəyyən edilir:

- xüsusi icra məmurlarının fəaliyyətinə nəzarətin nəticələri əsasında;

- xüsusi İcra Məmurları Palatasının təklifləri əsasında.

Müəyyən edilmiş ehtiyaclar əsasında hər il ixtisasartırma üzrə təlim planı Ədliyyə Akademiyası tərəfindən Palata ilə razılaşdırılmaqla hazırlanır, Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilir və rektoru tərəfindən təsdiq olunur.

Təlimin vaxtı və yeri barədə iştirakçılara azı 10 gün qalmış məlumat verilməlidir.
Təlimlər ödənişli əsaslarla və bağlanılmış müqaviləyə müvafiq olaraq həyata keçiriləcək. Ödənişin məbləği Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Akademiya tərəfindən müəyyən ediləcək.

Təlimə görə ödəniş təlimdən əvvəl həyata keçiriləcək.

Təlimdə iştirakın üzrlü səbəblərdən mümkün olmadığı hallarda iştirakçı bu barədə əvvəlcədən məlumat verməli və üzrlü səbəbi təsdiq edən sənəd təqdim etməlidir. Bu halda o, növbəti təlimə cəlb edilir.

İştirakçı təlimdən kənarlaşdırıldığı hallarda ödəniş geri qaytarılmır. Yekun qiymətləndirməyə yalnız təlim proqramı üzrə nəzərdə tutulmuş dərslərin azı 80 faizində iştirak etmiş şəxslər buraxılacaq.
 

Qiymətləndirmənin nəticələrinə əsasən müvəffəqiyyət qazanmış şəxslərə beş iş günü müddətində müvafiq şəhadətnamə veriləcək. Şəhadətnamənin forması Palata ilə razılaşdırılmaqla Akademiya tərəfindən müəyyən ediləcək.


Qiymətləndirmənin nəticələrindən narazı qalan iştirakçı bu barədə nəticənin ona məlum olduğu gündən beş iş günü müddətində Akademiyanın rəhbərliyinə müraciət edə bilər.

Bu halda iştirakçının şikayəti araşdırılır və üç iş günü müddətində ona müvafiq izah verilir. İştirakçının şikayəti haqlı olduqda ona şəhadətnamənin verilməsi təmin edilir.  (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO